• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlqar Məmmədov yenə sədr seçildi

  • 18 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 18-də Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) Siyasi Komitəsinin iclası keçirilib. İclasda təşkilati məsələyə baxılıb və İlqar Məmmədov yenidən partiya sədri seçilib.

Novator.az bildirir ki, REAL Partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, ancaq dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.

Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirilib, nizamnamə, proqram və atributlar qəbul edilib, seçki komissiyası formalaşıb. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçilib.

Sədr postunu o zaman həbsdə olan İlqar Məmmədov tutub.

2019-cu il noyabrın 3-də REAL Partiyanın Məclisi növbədənkənar qurultay qərarı verib. Növbədənkənar qurultay sədr İlqar Məmmədovun təklifi olub, o, partiyanın strukturunu yeniləmək, bunun üçün nizamnaməni dəyişmək təşəbbüsü irəli sürüb.

2020-ci il avqustun 4-də REAL Partiya internet vasitəsilə təsis qurultayı keçirib. Qurultayda partiyanın nizamnaməsi və proqram sənədləri, atributları qəbul olunub, Siyasi Komitə seçilib, bu quruma partiya sədrini seçmək səlahiyyəti verilib.

1970-ci il təvəllüdlü İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib, Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub, 2008-ci ildə REAL Hərəkatını yaradaraq ona rəhbərlik edib.

2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb.

Ali Məhkəmənin Plenumu 2020-ci il aprelin 23-də İlqar Məmmədova bəraət verib.

Daşınmaz əmlakın dövlət reyestri ilə bağlı yeni sə...

  • 18 Avqust 2020
  • comments

133 yoluxma, 1 ölüm

  • 18 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda