• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yenilənmiş proqram

  • 17 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev aviasiya təhlükəsizliyi üzrə dövlət proqramını yeniləyib, həmçinin aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarında dəyişiklikləri təsdiqləyib. Avqustun 17-də imzalanmış fərmana əsasən, Nazirlər Kabineti təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması; aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı; aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi; mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi; hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi; mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydalarını üç ay müddətində rəsmiləşdirməlidir.

Proqram daxili və beynəlxalq uçuşlara şamil edilir, onun icrası çərçivəsində aviasiya subyektlərindən aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin mütəmadi monitorinqini aparmaq, mülki aviasiyanın fəaliyyətinə mümkün təhdidləri müəyyən etmək və risklərin qiymətləndirilməsini aparmaq, uçuşların ümumi təhlükəsizlik səviyyəsini artırmaq tələb olunur.

Sənədin məqsədləri belə sıralanır:

– mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorunması strategiyasını müəyyən etmək;

– mülki aviasiyanın fəaliyyətinə qanunsuz müdaxilə aktlarına yol verilməməsi və onların qarşısının alınması tədbirlərini nəzərdə tutan qaydaları, təcrübə və prosedurları həyata keçirmək yolu ilə uçuşların təhlükəsizliyini, müntəzəmliyini və səmərəliliyini təmin etmək;

– strateji, normativ və texniki tədbirlərin işlənməsi və həyata keçirilməsi yolu ilə aviasiya təhlükəsizliyi səviyyəsini yüksəltmək, bu tədbirlərin səmərəli və dayanıqlı reallaşdırılmasını təmin etməklə sərnişinlərin, ekipaj üzvlərinin, aviasiya personalının və əhalinin təhlükəsizliyini təmin etmək;

– Azərbaycan Respublikasında aviasiya təhlükəsizliyi sistemini beynəlxalq mülki aviasiya təşkilatlarının standartlarına və tövsiyə edilən təcrübəsinə uyğun inkişaf etdirmək;

– aviasiya təhlükəsizliyinin təmini sahəsində idarədaxili və idarələrarası kompleks planlaşdırma sistemini yaratmaq və tətbiq etmək;

– aviasiya təhlükəsizliyinə təhdidlərin güclənməsi zamanı cavab tədbirlərini təkmilləşdirmək və qərarların operativ qəbulunu təmin etmək;

– proqramın həyata keçirilməsinə cəlb edilmiş dövlət qurumlarının, müəssisə, idarə və təşkilatların qarşılıqlı fəaliyyətini əlaqələndirmək, aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə birgə səyləri istiqamətləndirmək;

– aviasiya təhlükəsizliyinin təmin edilməsinə səmərəli nəzarət sistemi yaratmaq;

– aviasiya təhlükəsizliyi mədəniyyətini inkişaf etdirmək.

Tədbirlər planı

Operativ qərargahın 17 avqust məlumatı

  • 17 Avqust 2020
  • comments

Finalın adı

  • 18 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda