Dövlət Statistika Komitəsinin rəsmi açıqlamasına görə, 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin real ifadədə 2,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 7,5 faiz azaldığı, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 3,2 faiz artdığı vurğulanır.
Novator.az bildirir ki, başqa bir hesabata əsasən, yanvar-iyun aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 167 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Yarım ilin
xarici ticarət dövriyyəsi 11 milyard 750,2 milyon dollar göstərilir: bunun 57,5 faizi ixrac, 42,5 faizi idxaldır.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin faktiki qiymətlərlə 30,3 faiz, real ifadədə 20,5 faiz, o cümlədən idxalın 42,8 faiz, ixracın 4,6 faiz azaldığı qeyd olunur.