• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

2020-2021 mövsümünün sxemi

  • 12 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in AktualXəbər

2020-2021 mövsümündə UEFA Çempionlar Liqasına 79 komanda buraxılıb. Novator.az bildirir ki, onların 25-i turnirə qrup mərhələsindən başlayır: İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”; İngiltərədən “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”; İtaliyadan “Yuventus”, “İnter”, “Atalanta”, “Latsio”; Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah); Fransadan PSJ, “Marsel”, “Renn”; Rusiyadan “Zenit”, “Lokomotiv” (Moskva); Portuqaliyadan “Portu”, Belçikadan “Brügge”, Ukraynadan “Şaxtyor”, Türkiyədən “Başakşəhər”.

“Real”, “Liverpul”, “Yuventus”, “Bavariya”, PSJ, “Zenit”, “Portu” birinci səbətə salınıb.

“Barselona”, “Atletiko”, “Sevilya”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi”, “Borussiya” (Dortmund), “Şaxtyor” ikinci səbətdə yer alır.

“İnter”, “Latsio”, “Leypsiq” üçüncü səbətdə qərar tutub.

“Atalanta”, “Borussiya” (Mönhenqladbah), “Marsel”, “Renn”, “Lokomotiv” (Moskva), “Brügge”, “Başakşəhər” dördüncü səbətdədir.

Çempionlar Liqasının 2019-2020 mövsümünü udan klub 2020-2021 turnirinin qrup raunduna çıxır. İndiki mövsümdə mübarizəni davam etdirən “Lion” (Fransa) qalib olmasa, yeni turnirdə qrup mərhələsinə vəsiqə Niderland təmsilçisi “Ayaks”a veriləcək. Hazırda “Ayaks”, eləcə də Rusiyadan “Krasnodar”, Avstriyadan “Zalsburq” rəqiblərini dördüncü mərhələdə gözləyir.

Turnirdə ilkin, birinci, ikinci, üçüncü ələmə mərhələləri tək, dördüncü mərhələ cüt oyunlardan ibarətdir.

İlkin raundda Şimali İrlandiyadan “Linfild”lə Kosovodan “Drita” qalır.

Birinci mərhələyə Kiprdən “Omoniya”, Serbiyadan “Srvena Zvezda”, Şotlandiyadan “Seltik”, Belarusdan “Dinamo” (Brest), İsveçdən “Yurqorden”, Norveçdən “Molde”, Qazaxıstandan “Astana”, Polşadan “Legiya”, Azərbaycandan “Qarabağ”, İsraildən “Makkabi” (Tel-Əviv), Bolqarıstandan “Ludoqorets”, Rumıniyadan “Kluj”, Slovakiyadan “Slovan”, Sloveniyadan “Selye”, Macarıstandan “Ferensvaroş”, Şimali Makedoniyadan “Sileks”, Moldovadan “Şerif”, Albaniyadan “Tirana”, İrlandiyadan “Dandolk”, Finlandiyadan KuPS, İslandiyadan “Reykyavik”, Bosniyadan “Sarayevo”, Litvadan “Suduva”, Latviyadan “Riqa”, Lüksemburqdan “Fola”, Ermənistandan “Ararat-Armenia”, Maltadan “Floriana”, Estoniyadan “Flora”, Gürcüstandan “Dinamo” (Tbilisi), Uelsdən “Konnah Kuey”, Monteneqrodan “Buduçnost”, Farer adalarından “Klaksvik”, Cəbəllütariqdən “Europa” vəsiqə alıb.

“Qarabağ”a bu mərhələdə “Sileks” qismət olub. İkinci raunda çıxacağı təqdirdə ağdamlılar ya “Şerif”, ya da “Fola” ilə üz-üzə gələcək.

Həmin mərhələdə Türkiyədən “Beşiktaş”, Niderlanddan “Alkmaar”, Avstriyadan “Rapid”, Çexiyadan “Viktoriya”, Yunanıstandan PAOK, Xorvatiyadan “Dinamo”, “Lokomotiva”, Danimarkadan “Midtülland”, İsveçrədən “Yanq Boyz” var.

Üçüncü mərhələyə Portuqaliyadan “Benfika”, Belçikadan “Gent”, Ukraynadan “Dinamo”, Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos” giriş əldə edib.

İnflyasiya və orta maaş hesabatı

  • 12 Avqust 2020
  • comments

Yaxın ölkələrdə nə qədər xəstə var?

  • 12 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda