• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tixanovskaya Litvaya sığındı

  • 11 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya ölkəni tərk edərək qonşu Litvaya sığınıb. Novator.az bildirir ki, Litvanın xarici işlər naziri avqustun 11-də belə açıqlama yayıb.

Avqustun 9-u Belarusda prezident seçkisi keçirilib. Mərkəzi Seçki Komissiyası 5 nəfərin yarışdığı seçkidə prezident Aleksandr Lukaşenkonu 80,08 faiz səslə lider elan edib.

Dövlət başçısının ən yaxın izləyicisi – pedaqoq Svetlana Tixanovskayanın 10,09 faiz səs yığdığı bəyan olunub, sahibkar Anna Kanopatskaya 1,68 faiz, Sosial Demokrat Partiyasının sədri Sergey Çereçen 1,15 faiz, politoloq, ictimai fəal Andrey Dmitriyev 1,21 faiz nəticə göstərib.

Müxalif fəallar seçkinin saxtalaşdırıldığını bəyan edir. Avqustun 9-u axşamdan paytaxt Minskdə və ölkənin bir çox iri şəhərində etiraz aksiyaları keçirilir, hüquq mühafizə orqanlarının əməkdaşları ilə toqquşmalar yaranır. Bir nəfərin öldüyü bilinir. Çoxlu xəsarət alan, tutulan var.

Svetlana Tixanovskaya seçkinin ilkin nəticələrini tanımaqdan imtina edib, özünün prezident seçildiyini bildirərək hakimiyyətin ona təhvil verilməsinə çağırıb.

Avqustun 11-də yayılan xəbərə görə, Sergey Çereçen və Andrey Dmitriyev də seçkinin nəticələrinin etibarsız olduğu barədə bəyanat veriblər.

1982-ci il təvəllüdlü Svetlana Tixanovskaya Mozır Dövlət Pedaqoji Universitetini ingilis və alman dilləri müəllimi ixtisası ilə bitirib, müxtəlif qeyri-hökumət təşkilatlarında tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Onun həyat yoldaşı, müxalif bloqçu Sergey Tixanovski həbsdədir.

1954-cü ildə doğulan Aleksandr Lukaşenko prezident kürsüsünü 1994-cü ildən tutur. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.

O gün gələcək

  • 11 Avqust 2020
  • comments

“Neftçi”, “Keşlə” və “Sumqayıt” mərhələ keçsə̷...

  • 11 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda