• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dolaşıq əmanətlər qərarı

  • 11 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Mərkəzi Bank bu il aprelin 28-də “Atabank” və “Amrah Bank” banklarının, mayın 12-də “AGBank” və “NBCBank” banklarının lisenziyalarını ləğv edib. 4 bankda əhalinin qorunan – illik faiz dərəcəsi milli valyutada 12 faizdən, xarici valyutada 2,5 faizdən yüksək olmayan əmanətlərinin ümumi məbləği 686 milyon manat göstərilib.

Əmanətlərin Sığortalanması Fondunun son hesabatına görə, ləğv prosesində olan bankların 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 402,3 milyon manat kompensasiya ödənib.

Novator.az bildirir ki, iyunun 1-dən başlayan kompensasiya ödənişi zamanı problemlər də üzə çıxıb. Məlum olub ki, Mərkəzi Bank “AGBank”, “Atabank” və “NBCBank” banklarında fiziki şəxslərdən müddətli əmanətlərin qəbulu, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərini dəyişdirmək yolu ilə qorunan əmanət statusuna aid edilməsi əməliyyatlarına yasaq qoyan təshih tədbirləri tətbiq etsə də, bu proseslər dayanmayıb.

Həmçinin “Atabank”a təyin olunmuş müvəqqəti inzibatçı əmanətçilərin depozitlərinin bir hissəsini səhvən qorunmayan əmanət kimi qeydə alıb. “Atabank”ın filiallarının miqrasiya olunması zamanı 283 müştərinin əmanət müqavilələrində qeyd olunan tarixlər əvəzinə səhvən miqrasiya olunduğu tarixlər əks edilib.

Məsələyə aydınlıq gətirilməsi üçün Əmanətlərin Sığortalanması Fondu hökumətə üz tutub, Nazirlər Kabineti isə iyulun 11-də Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuya baxan Konstitusiya Məhkəməsi Plenumunun 10 avqust qərarında deyilir ki, təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər sayılır.

Qərara görə, bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır, əmanət müqaviləsinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz.

Beləliklə, dolaşığa düşmüş əmanətlərin taleyinə aydınlıq gəlib, kompensasiya ödənişinə yaşıl işıq yandırılıb. Əmanətlərin qaytarılmasına avqustun 14-dən başlanacaq.

Dörd bankın beş aqibəti

Bankları azaldan qərar

Bankları batıran nədir?

Qaçan əmanət hara qaçır?

Bağlanan banklarda nə qədər qorunan əmanət var?

Qorunan əmanətlər necə ödənəcək?

Bağlanan bankların əmanətçilərinə müraciət

Bağlanan bankların əmanətçilərinə nə qədər vəsait ödənib?

Əmanətlərdə dolaşıqlıq yaranıb

Kompensasiya ödənişi hesabatı

Batan banklara görə ödənişlər

Əmanət ödənişi statistikası

Operativ qərargahdan

  • 10 Avqust 2020
  • comments

QHT qanunvericiliyi necə yeniləndi?

  • 11 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda