• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçiyə 20 sutka

  • 11 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avqustun 11-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Tural Atakişiyevə (Pünhan) 20 sutkalıq inzibati həbs cəzası kəsib. “Turan”ın məlumatına görə, cəbhəçi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Novator.az bildirir ki, AXCP-nin daha 16 üzvü inzibati həbsdədir. Onların 15-i iyulun 14-15-i Bakıda keçirilmiş aksiyadan sonra tutulub: Mahir Namazov, Nicat Abdullayev, Süleyman Məhərrəmov, Fərrux Əliyev, Elxan Nuriyev, Elnur Həsənov, Rəşid Turabov, Elnur Yusubov, Sarvan Cumayev, Babək Muradov, Elnur Quliyev, Yaşar Kərimov, Emin Fərhadov və Feyruz Rəhimov 30 sutka, Cavid Əliyev 15 sutka cəza alıb.

İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb, toqquşma yaranıb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub ki, 7 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclisin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyi, mülkiyyətə və inventara ziyan dəydiyi də bəyan olunub.

Bununla bağlı cinayət işini Baş Prokurorluğun İstintaq İdarəsi aparır. 14-ü həbs edilən 15 cəbhəçi zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmədə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmədə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

İki cəbhəçiyə həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

2020-ci ilin mart-iyul aylarında daha 20 AXCP üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb. Novator.az bildirir ki, hazırda onların biri inzibati cəza çəkir: iyulun 13-də tutulan Arif Paşayevə 30 sutka həbs cəzası verilib.

Bakıda aksiya

Aksiyaya müdaxilə

Aksiya ilə bağlı cinayət işi açılıb

Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz

İki cəbhəçi, üç maddə

Cəbhə: buraxılan və tutulanlar var

Aksiya məhbuslarının sayı artdı

Maddələr nə cəza göstərir?

Cəbhəçinin oğluna koronavirus işi açılıb

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

Fuad Qəhrəmanlı da həbs edildi

Məmməd İbrahim və daha iki cəbhəçi tutulub

Məmməd İbrahimə ittiham

Məhbus cəbhəçinin gileyi

4 maddə, 4 aylıq həbs

AXCP xətti

İnzibati həbsdə neçə cəbhəçi var?

İnzibati həbslər, cinayət işləri

Cəbhəçiyə 15 sutka

Məhkəmə cəbhəçiyə iş kəsdi

Veteran məhbusun bir həftəsi qaldı

2380 aktiv xəstə var

  • 11 Avqust 2020
  • comments

Ziyəddin Sultanov vəfat edib

  • 11 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda