• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ” yola salındı

  • 10 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev avqustun 10-u Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dayaq blokunu SOCAR-ın “BOS Şelf” şirkəti tikib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur.

Mərasimdən sonra İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Dövlət başçısı deyib ki, “Qarabağ” yatağının dəniz işlərinə start verilir: “Bu, yatağın işlənməsində çox önəmli mərhələdir. Bu nəhəng qurğunu Azərbaycan mütəxəssisləri ölkəmizdə inşa edib və bu gün artıq dənizə yola salınır. Əminəm ki, özülün üst hissəsi də vaxtında tikiləcək və beləliklə, biz “Qarabağ” yatağının tam işlənməsinə başlayacağıq.

1990-cı illərdə pay bölgüsü haqqında kontrakt imzalanmış, bu yataqda 3 quyu qazılmışdı. Lakin xarici tərəfdaşlar “Qarabağ” yatağının səmərəliliyinə inanmadılar, kontrakta xitam verildi və “Qarabağ” yatağı tərk edildi. Ancaq bizim mütəxəssislər tam əmin idilər ki, bu yatağın çox böyük potensialı var və həyat bunu təsdiqlədi. Bu il qazılmış dördüncü quyu səmərəli oldu və beləliklə, yataq tam kəşf edildi.

Bu, müstəqillik dövründə Azərbaycanda kəşf edilmiş birinci neft yatağıdır. “Azəri”, “Çıraq”, “Günəşli” yataqları sovet dövründə kəşf edilib. “Şahdəniz” və “Abşeron” yataqları qaz-kondensat yataqlarıdır. Neft yatağı olaraq bu, birinci yataqdır və bu nəhəng qurğu Xəzər dənizində inşa edilmiş ən böyük qurğudur.

Qurğunun çəkisi 16 min tondan çoxdur, hündürlüyü təqribən 190 metrə yaxındır. Nəzərə alsaq ki, “Qarabağ” yatağının yerləşdiyi ərazi Xəzər dənizində çox dərin hissəyə aiddir, belə nəhəng qurğunun tikintisinə böyük tələbat var idi”.

Prezident Dərin Özüllər Zavodunda 5 minə yaxın adamın çalışdığını vurğulayıb: “Bu nəhəng qurğunun və digər layihələrdə istifadə olunan qurğuların tikintisi burada məşğulluğu tam təmin edir. Mən indi maraqlandım, məlumat verildi ki, burada işləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manat ətrafındadır və çox böyük peşəkarlıq tələb edən bir müəssisədir. Ona görə bu qurğu bir daha bizim qüdrətimizi göstərir. Bu, sırf Azərbaycan istehsalıdır və Azərbaycan dövlətinə, Azərbaycan xalqına xidmət edəcək.

Hər şey plan üzrə getsə, iki ildən sonra – 2022-ci ilin sonunda ilk qaz və ilk neft çıxarılmalıdır. “Qarabağ” yatağının neft potensialı 60 milyon ton səviyyəsində qiymətləndirilir. Ancaq mən tam əminəm ki, işlənmə dövründə bu rəqəm artacaq”.

Ya “Şerif”, ya da “Fola”

  • 10 Avqust 2020
  • comments

Üçü də evdə…

  • 10 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda