Azərbaycan Ordusunun general-leytenantı Fuad Məmmədov avqustun 10-da ürək çatışmazlığından vəfat edib. Xəbəri Müdafiə Nazirliyi yayıb.
Novator.az bildirir ki, Fuad Nadir oğlu Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində doğulub.
1985-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1990-cı ildə Riqada Ali Hərbi Aviasiya Mühəndislər Məktəbini bitirib.
Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Azərbaycan Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri komandanının müavini vəzifələrində xidmət edib.
2015-ci ildən Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini-Qərargah rəisi olub, 25 iyun 2018-ci ildən 8 iyul 2020-ci ilədək müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi postunu tutub.
Allah rəhmət eləsin!