• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Aslanov prezidentə üz tutub

  • 07 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Məhbus jurnalist Polad Aslanov prezident İlham Əliyevdən kömək istəyir.

Xeberman.com və Press-az.com saytlarının baş redaktoru Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib və ona dövlətə xəyanət ittihamı verilib.

Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə ölkədən kənarda məxfi görüşlər keçirib, maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib: “O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında topladığı məlumatları Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb”.

2019-cu ilin dekabr ayında Polad Aslanova öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə ittihamı da irəli sürülüb. İttihama görə, Polad Aslanov saytlardan birinin əməkdaşını hədələyib. 2020-ci ilin fevralında bu ittiham üzrə zərərçəkmiş kimi tanınmış Dəyanət Babayev şikayətindən imtina edib.

Jurnalist 2020-ci ilin fevral ayından Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

“Turan”ın 7 avqust məlumatında bildirilir ki, Polad Aslanov istintaqda hüquqlarının pozulduğunu və məhkəmənin qeyri-obyektiv aparıldığını vurğulayaraq aclıq aksiyası keçirir, prezident İlham Əliyevə cinayət işinə xitam verilməsi xahişi ilə müraciət edib.

Jurnalist müraciətində qeyd edir ki, 2019-cu il iyunun 12-də tutulduqdan dərhal sonra özü və ailə üzvləri Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının təzyiqinə, şantajına məruz qalıb.

Polad Aslanovun sözlərinə görə, onun təqibinə 2018-ci ilin əvvəllərində “Eşq Səfəri MMC”nin rəhbəri Fəxri Həsənovun müraciətini “Xeberman.com” saytında yayması səbəb olub. Həmin müraciətdə qeyd olunub ki, DTX əməkdaşları bu firmanın Məşhəd və Kərbəlaya göndərdiyi hər bir ziyarətçidən 10-20 dollar alır. Jurnalist iddia edir ki, müraciətin nəşrindən sonra DTX-dən ona rüşvət müqabilində materialı saydan silmək təklif olunub. O, təkliflə razılaşmadığı üçün hərbi xidmətə yararsızlıq bileti olmasına baxmayaraq 29 yaşında hərbi xidmətə göndərildiyini bildirir.

Polad Aslanovun sözlərinə görə, hərbi xidməti bitirdikdən sonra DTX nümayəndələrindən əməkdaşlıq təklifləri alıb, bu təklifləri rədd etdiyi üçün tutulub.

O qeyd edir ki, dövlətə xəyanət ittihamı onun İranın xüsusi xidmətlərinin tapşırığı ilə DTX-ni nüfuzdan salan materiallar yayması iddiasına əsaslanır, amma ittiham əsasızdır.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində təhqiqatın qeyri-obyektiv aparıldığını da qeyd edir, 5 avqust 2020-ci ildən aclıq aksiyasına başladığını bildirir. Jurnalist prezidentdən istintaq və məhkəmə prosesinin yenidən, qanunla, doğru-düzgün aparılmasını və cinayət işinin xətm olunması üçün tapşırıq verməsini istəyir.

Jurnalistin avqustun 7-də DTX-nin istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürüldüyü də xəbər verilir.

Fərman: dövlətə bağlı qurumlar bir əldə cəmlənir

  • 07 Avqust 2020
  • comments

Operativ qərargahdan

  • 07 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda