• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Fərman: dövlətə bağlı qurumlar bir əldə cəmlənir

  • 07 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avqustun 7-də prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasına fərman verib.

Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır.

Nazirlər Kabineti qurumun idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflərini iki ay müddətində hazırlamalıdır.

Novator.az bildirir ki, nizamnaməsinə görə, Azərbaycan İnvestisiya Holdinqi onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərir.

Qurumun Müşahidə Şurası prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – sədrdən və digər üzvlərdən ibarətdir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

İdarə Heyəti 5 üzvdən – sədrdən və digər üzvlərdən ibarətdir. İdarə Heyətinin sədrinin təyinatı və vəzifədən götürülməsi prezidentin səlahiyyətindədir. İdarə Heyətinin üzvlərindən biri eyni zamanda baş icraçı direktordur. Baş icraçı direktoru və İdarə Heyətinin digər üzvlərini sədrin təqdimatı əsasında Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edir.

Avqustun 6-da baş nazir Əli Əsədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə müşavirə keçirən prezident İlham Əliyev dövlət şirkətlərində itkilərin böyük olmasından gileylənərək deyib ki, şirkətlərə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür.

İlham Əliyev dövlət şirkətlərinin işinin ciddi təftiş etməyə və yeni idarəetmə sistemi qurmağı tapşırıb: “Artıq müvafiq qurumlar lazımi təkliflər paketi hazırlayıblar. Mənə də ilkin təqdimat edilib. Mən bunu dəstəkləmişəm. Hökumətə tapşırıq verirəm ki, yaxın günlərdə dövlət şirkətlərinin yeni idarəetmə sistemi ilə əlaqədar lazımi sənədlər təqdim edilsin və mən onları imzalayacağam”.

Tofiqin məhkəməsində

  • 07 Avqust 2020
  • comments

Polad Aslanov prezidentə üz tutub

  • 07 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Bitir…

Son materiallar

comments
Xəbər

Bitir…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda