• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə imtina qərarını qüvvədə saxladı

  • 06 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi avqustun 6-da AXCP sədri Əli Kərimlinin və həyat yoldaşı Samara Seyidovanın şikayəti üzrə qərar çıxarıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərardadından verilmişdi.

Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli bu il aprelin 13-dən internet və rabitə problemi yaşayır. Onun evində, özünün və həyat yoldaşının mobil telefonlarında internet söndürülüb, telefon rabitələri kəsilib.

İctimaiyyətin və beynəlxalq dairələrin etirazlarına baxmayaraq problem həllini tapmır.

Əli Kərimli və Samara Seyidovanın mobil telefon nömrələri “Azercell” şirkətinə aiddir, internet üçün isə “AzQTel” MMC-nin xidmətindən istifadə olunub. Onlar hər iki şirkətdən Nəsimi Rayon Məhkəməsinə şikayət edərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Mühafizə Xidmətinin də prosesə cəlb olunması istəyiblər. Şikayət ərizəsində Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir çox hüququn pozulduğu iddia olunub.

Nəsimi Rayon Məhkəməsi şikayətə baxmaqdan imtina edib. “Turan”ın məlumatına görə, avqustun 6-da Bakı Apellyasiya Məhkəməsi həmin imtinadan şikayəti təmin etməyib, rayon məhkəməsinin qərardadını qüvvədə saxlayıb.

1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifəsində çalışıb.

1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.

AXCP sədri təcridetmə əməliyyatından yazıb

Əli Kərimli yenə internetsiz qalıb

Milli Şuradan etiraz

Blokada etirazları

Əli Kərimlinin müsahibəsi ünvana çatmayıb

Əli Kərimli çağırışları

Əli Kərimli yasağında

Əli Kərimli yenə rabitəsiz qalıb

Əli Kərimlinin təzə telefonu da bağlanıb

Blokada çəkişməsi mümkün olmur

Qəbələdə Polad Həşimov küçəsi

  • 06 Avqust 2020
  • comments

Virusa yoluxanın küçədə gəzib dolaşması cinayət mə...

  • 06 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda