Fövqəladə Hallar Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci ilin ilk yarısında Azərbaycanda 8274 fövqəladə hadisə baş verib, bu da 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 16% çoxdur.
Hadisələr nəticəsində 28 nəfərin həlak olduğu, 107 nəfərin xəsarət aldığı bildirilir.
Açıqlamaya əsasən, 23 nəfər yanğın hadisələrinin, 4 nəfər evlərdə partlayışların, 1 nəfər torpaq sürüşməsinin qurbanı olub.