• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL yenidən təsis olundu

  • 05 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Respublikaçı Alternativ Partiyası (REAL Partiya) avqustun 4-ü gecə internet vasitəsilə təsis qurultayı keçirib. “Azadlıq” radiosuna danışan partiya üzvü Natiq Cəfərli deyib ki, qurultayda 108 nümayəndənin 98-i iştirak edib. Onun sözlərinə görə, qurultayda partiyanın nizamnaməsi və proqram sənədləri, atributları qəbul olunub, Siyasi Komitə seçilib.

Siyasi Komitəyə Natiq Cəfərli özü, İlqar Məmmədov, Erkin Qədirli, Rəsul Cəfərov, Zaur Qurbanlı və Mahmud Mahmudov daxildir. Bu quruma partiya sədrini seçmək səlahiyyəti verilib.

Novator.az bildirir ki, REAL Partiya 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, ancaq dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməyib.

Hökumət qurumları yer ayırmadığı üçün partiyanın təsis qurultayı 2018-ci il aprelin 7-də internetlə keçirilib, nizamnamə, proqram və atributlar qəbul edilib, seçki komissiyası formalaşıb. Aprelin 8-də isə təşkilatın Bakıdakı ofisində gizli səsvermə yolu ilə partiyanın sədri, Məclisin sərbəst üzvləri, Nəzarət-Təftiş Komissiyası seçilib.

Sədr postunu o zaman həbsdə olan İlqar Məmmədov tutub.

1970-ci il təvəllüdlü İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 2018-ci il avqustun 13-dək həbsdə yatıb.

Ali Məhkəmənin Plenumu 2020-ci il aprelin 23-də İlqar Məmmədova bəraət verib.

2019-cu il noyabrın 3-də REAL Partiyanın Məclisi növbədənkənar qurultay qərarı verib. Növbədənkənar qurultay sədr İlqar Məmmədovun təklifi olub, o, partiyanın strukturunu yeniləmək, bunun üçün nizamnaməni dəyişmək təşəbbüsü irəli sürüb.

İşsizlikdən sığorta ödənişi: qayda necə dəyişir?

  • 05 Avqust 2020
  • comments

Tofiq Yaqublu: “Mən əsir götürülmüş şəxsəm”

  • 05 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda