2018-ci il yanvarın 1-dən qüvvədə olan işsizlikdən sığorta qanunu yenilənir. Novator.az bildirir ki, parlamentin 5 avqust iclasında ilk oxunuşdan keçən dəyişikliyə görə, sığorta ödənişini əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmiş və rəsmən işsiz kimi qeydiyyata alınmış şəxslər də alacaq. Ödəniş üçün onların müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əməkhaqqı (250 manat) qədər və 3 ay müddətinə ödənməsi nəzərdə tutulur.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğvi; işçilərin sayının və ya ştat vahidlərinin ixtisarı hallarında işsizlikdən sığorta ödənişi üçün azı 1 il sığorta stajı tələb olunur və ödəniş işçinin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
Qanun yenilikləri 2024-cü il yanvarın 1-dək qüvvədə olacaq.