• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Narkotik ittihamı: 4732 nəfər cəza çəkir

  • 04 Avqust 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu hesabat yayıb. Rəsmi açıqlamaya görə, 2020-ci ilin ilk altı ayında hüquq mühafizə orqanları narkotiklərlə mübarizə sahəsində 2893 fakt aşkarlayıb: “Onların 1015-i narkotik vasitələrin qanunsuz satışı, 1665-i qanunsuz əldə edilib saxlanması, 170-i narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi, 43-ü digər cinayətlər olub.

Qanunsuz dövriyyədən müsadirə olunan 2 ton 309 kiloqram 543,2 qram narkotik vasitələrin və psixotrop maddələrin 63,2 faizi heroin, 22,6 faizi marixuana, 7,3 faizi tiryək, 0,8 faizi həşiş, 0,01 faizi kokain, 5,8 faizi psixotrop maddələr və digər vasitələrdir.

926,5 hektar sahədən çəkisi 90 ton 163 kiloqram 710,6 qram olan narkotik tərkibli yabanı bitkilər müəyyənləşdirilərək məhv edilib.

1933 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Məsuliyyətə cəlb olunanların 1890-ı kişi, 43-ü qadın, 49-u xarici ölkə vətəndaşıdır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə ümumilikdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin sayı 4732, ötən altı ayda bu növ cinayətlərə görə həbs olunanların sayı 1661, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 2740 nəfərdir.

Narkotiklərin qaçaqmalçılıq yolu ölkəyə gətirilməsi ilə bağlı 143 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 289,1 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Ümumilikdə aşkarlanmış cinayətlərin 194-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 769,6 kiloqram narkotik vasitə müsadirə olunub”.

Novator.az bildirir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına baş nazirin müavini Əli Əhmədov sədrlik edir. Daxili işlər naziri Vilayət Eyvazovun sədr müavini olduğu qurumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və başqaları yer alır.

Yarım ildə xidmətlər, pozuntular

  • 04 Avqust 2020
  • comments

Fondun yeni hesabatı

  • 04 Avqust 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda