Silahlı Qüvvələrə Yardım Fondundakı vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 1 avqusta olan hesabatına görə, fonda 112,7 milyon manat toplanıb.
Novator.az bildirir ki, 2020-ci ilin əvvəlinə fonda 106,9 milyon manat daxil olmuşdu.
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.
Qurumun dollar, avro və rubl hesabları da var.