• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Polad Həşimov tapşırığı

  • 31 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

İyulun 29-u Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolunun istifadəyə verilməsi mərasiminə qatılan prezident İlham Əliyev şəhid general Polad Həşimovdan söz açıb.

Əslən Qəbələnin Vəndam kəndindən olan Polad Həşimov 1975-ci ildə Sumqayıt şəhərində doğulub. Bakı Ali Hərbi Məktəbinin məzunudur.

2009-cu ildə “Vətən uğrunda” medalı, 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Ordusunun hərbi birliklərindən birində qərargah rəisi postunu tutan general-mayor Polad Həşimov iyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə şəhid olub, iyulun 15-i paytaxt Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Ermənistan qoşunlarının Azərbaycan mövqelərinə hücumu ilə başlayan həmin döyüşlərdə polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, Nazim İsmayılov, mülki şəxs Əziz Əzizov da şəhid olublar.

İyulun 29-u Qəbələdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayevə tapşırıqlarını verən prezident İlham Əliyev deyib: “Vəndam kəndinin yetirməsi olan general Polad Həşimov namərd, mənfur ermənilərin, Ermənistanın təşkil etdiyi təxribat nəticəsində Vətən uğrunda döyüşlərdə həlak olub. Mən sənə tapışırıq verirəm ki, Qəbələ şəhərinin küçələrinin birinə general Polad Həşimovun adı verilsin.

Mən mərhum generalın anası ilə danışmışam, ona başsağlığı vermişəm. Onun Vəndam kəndində, Qəbələ rayonunda yaşayan qohumlarına xüsusi diqqət göstərilməlidir. Bilirəm ki, diqqət göstərirsiniz. Daim diqqət mərkəzində olmalıdır. Onun yaxınları, övladları dövlətin qayğısı ilə əhatə olunur. Müdafiə nazirinə və digər aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verilib. General uzun müddət Sumqayıtda yaşayıb və buna görə Sumqayıtın icra başçısına da göstəriş verilib. Siz də burada general Həşimovun adının əbədiləşdirilməsi ilə əlaqədar müvafiq addımlar atmalısınız”.

Yeddi tezisə bir cavab

  • 30 İyul 2020
  • comments

Cəhənnəmdən keçmiş mələk (174)

  • 31 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Anım
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda