• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni dövrün çağırışları

  • 30 İyul 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetŞərh

Politoloq Azər Qasımlı özünün “Facebook” səhifəsində yaydığı şərhdə Türkiyənin Cənubi Qafqazda artan gücünə toxunub. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, Türkiyə həm Cənubi Qafqazda, həm Orta Şərqdə söz sahibi olan ölkələrdən birinə çevrilir: “Bununla da Ermənistan-Rusiya ittifaqına alternativ Azərbaycan-Türkiyə güc balansı yaranır. Vəziyyətin bu hala gəlməsi Qarabağ məsələsində və danışıqlarında yeni mərhələ aça bilər. ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibi ya Türkiyə hesabına genişlənməli, ya da Rusiya həmsədrlikdən çıxmalıdır. Çünki Türkiyə Azərbaycanın müttəfiqi olduğu kimi Rusiya da Ermənistanın müttəfiqidir. Bizdən fərqli olaraq Rusiyanın Ermənistanda hərbi bazası var, aralarında strateji hərbi-siyasi anlaşma mövcuddur, hər iki dövlət eyni hərbi-siyasi təşkilatın üzvüdür. Türkiyə ilə Azərbaycan arasında münasibətlər hələ bu səviyyədə dərin deyil.

Bu iki variantdan heç biri olmasa, üçüncüsü gündəmə gələcək – Minsk qrupu buraxılacaq, ya da tamamilə təsirsiz formata çevriləcək. Minsk qrupu tarixə qovuşduğu halda iki seçim qalacaq. Ya Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya tərkibli yeni danışıqlar formatı yaradılacaq, ya da bu olmadığı təqdirdə Ermənistanla Azərbaycan vasitəçisiz danışıqlara başlamalı olacaqlar. Vasitəçisiz danışıqlar və ya regional formatda danışıqlar baş tutmasa, yeganə seçim qalacaq – müharibə.

Qarabağda yeni müharibə başlayacağı təqdirdə Türkiyənin varlığı və prinsipial mövqeyi Rusiyanın münaqişəyə müdaxiləsinin qarşısını ala bilər. Bu olmasa, Cənubi Qafqaz Orta Şərqə çevriləcək. Avropa İttifaqının, ABŞ-ın, Britaniyanın və təbii ki, İranın bu münaqişədəki rolunu və təsirini dəyərləndirsək, Cənubi Qafqazda Suriyadakı kimi hamının hamıya qarşı savaşı başlaya bilər”.

Azər Qasımlı Azərbaycanın daxilindəki duruma da toxunaraq qeyd edir ki, hakimiyyət AXCP üzvlərini, digər müxalifətçiləri həbs etməklə cəmiyyətdə müxalifətçiliyi yox edəcəyini düşünür: “Ancaq həbslər prosesləri müvəqqəti səngidə bilər, ictimai gərginliyin qarşısını ala bilməz. Çünki repressiv siyasət gərginliyin katalizatoruna çevriləcək.

Çox həssas dönəmə giririk. Bu dönəmə ya aqressivləşmiş narazı cəmiyyətlə girəcəyik, ya da öz aramızda dil tapıb, danışmağı və anlaşmağı öyrənib daxil olacağıq. Qarabağda yalnız hərbisi güclü olan deyil, daxilində harmoniya və siyasi birlik olan tərəf qalib gələcək.

Tarixi bilən və tarixdən dərs çıxaran əsl siyasətçi və məsuliyyətli dövlət adamı belə dalana dirənmiş vəziyyətdə nə edərdi? Demokratik seçkilər keçirərək müxalifətin parlamentə düşməsinə imkan verərdi. Siyasətdən bixəbər saxta deputatları həqiqi müxalif fraksiya ilə əvəz edərdi. Seçkidən əvvəl isə müxalifətin, sivil toplum nümayəndələrinin, media qurumlarının, intellektualların birgə toplantısını keçirərdi. Qışqırıqsız, emosiyasız, qarşılıqlı hörmət və sayğı əsasında”.

1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün hərbi-siyasi təcavüzə başlayan Ermənistan ölkənin bütün cənub-qərb bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən), eləcə də Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndini işğal edib.

Münaqişənin dinc yolla nizamlanması üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.

Nazirlik yardım hesabatı yayıb

  • 30 İyul 2020
  • comments

5951 xəstə var

  • 30 İyul 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda