• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

4624 QHT, 5343 nəşr…

  • 30 İyul 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Ədliyyə Nazirliyi iyulun 29-da keçirilmiş kollegiya iclası barədə rəsmi bilgi yayıb. Video formatlı iclasda çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib ki, 2020-ci ilin ilk yarısında 1210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1160-dək akt hüquqi ekspertizadan keçirilib, E-qanun.az və Huquqiaktlar.gov.az saytlarına 2 minə yaxın sənəd daxil edilib.

Hesabata görə, ilk yarım ildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb, bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.

Yanvar-iyun aylarında 73 qeyri-kommersiya qurumunun, 4 siyasi partiyanın dövlət qeydiyyatına alındığı, 30-dək mətbu nəşrin uçota götürüldüyü bildirilib. Qeyd olunub ki, qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4624-ə, mətbu nəşrlərin sayı 5343-ə yüksəlib.

Altı ayda 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirildiyi vurğulanıb.

Hesabata əsasən, yarım ildə məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxıldığı, 1000-dən çox aktın nazirliyin təklifləri əsasında ləğv edildiyi və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 3500 hektara yaxın torpaq sahəsinin geri qaytarıldığı qeyd olunub. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokolların məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materialların prokurorluğa göndərildiyi bildirilib.

Prezidentin 6 aprel sərəncamı ilə 176 məhkumun əfv edildiyi xatırladılan iclasda o da vurğulanıb ki, qanunvericilikdəki yeniliklərin tətbiqi ilə 130 məhkum cəzadan azad olunub, 1250 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Novator.az bildirir ki, Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gün – 1918-ci il mayın 28-də təsis edilib.

1920-ci il mayın 13-də Ədliyyə Nazirliyi ləğv olunub, Xalq Ədliyyə Komissarlığı yaradılıb. 1930-cu ildə bu komissarlıq buraxılıb. 1933-1959-cu illərdə yenidən fəaliyyət göstərib.

27 oktyabr 1970-ci ildə Ədliyyə Nazirliyi təsis olunub.

AXCP xətti

  • 29 İyul 2020

Bölgələrin əmanəti

  • 30 İyul 2020

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik”

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik”

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Amerikalı şərhçi: “Putini diz çökdürəcəyik”

comments
Xəbər

“Bunu heç vaxt unutmayacağıq”

comments
Xəbər

Sərmayə göstəriciləri

comments
Xəbər

3032 itki

comments
Xəbər

47 hərrac, 61,5 milyon manat

comments
ManşetXəbər

Prezidentin xüsusi nümayəndəlikləri yaradılır

comments
Dünyanın səsiManşetŞərh

Rusiyada qadınlara qadağan olunan peşələr

comments
Xəbər

Azərbaycan nefti neçəyədir?

comments
Xəbər

Yeni nəşrlər

comments
ManşetXəbər

Qarabağ Dirçəliş Fondunun nizamnaməsi

comments
ManşetTribunaYazarlar

Sənin ilin…

comments
Dünyanın səsiManşetŞərh

Həbs nəyi dəyişir?

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Kapitolinin o üzü: demokratiya hər yerdə təhlükə altındadır

comments
ManşetŞərh

Azalmalara şərh, artıma diqqət, bir də təklif

comments
ManşetXəbər

Ticarət və istehsal statistikası

comments
Xəbər

Turizmdə nə qədər azalma var?

comments
ManşetŞərh

20-ci ilin əsas tərəfdaşları

comments
Dünyanın səsiXəbər

Ermənistan hökumətində yenilik

comments
ManşetXəbər

2855 şəhid, 50 itkin

comments
Xəbər

20-ci ildə 26004 cinayət qeydə alınıb

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda