• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bölgə ziyarəti, yeni xəstəxanalar

  • 29 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Prezident İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub, ona görüləcək işlər məruzə edilib.

İlham Əliyev koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışına da qatılıb.

Prezident həmçinin İsmayıllıya baş çəkib, orada da koronavirus xəstələri üçün modul tipli xəstəxana açılıb.

İndiyədək ölkədə altı bu tipli tibb ocağı vardı. Onların üçü Bakıda, biri Sumqayıtda, biri Abşeron rayonunda, biri Gəncədə fəaliyyətə başlayıb.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 15 iyul iclasında deyib ki, koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar.

2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Nazirlər Kabineti yanında operativ qərargah iyulun 28-də yoluxanların ümumi sayını 30 min 858 nəfər göstərib: onların 430-u dünyasını dəyişib, 6555-i aktiv xəstədir.

İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması və Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun (8 km) yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimlərində də iştirak edib.

Sonra Balakənə gedən İlham Əliyev şəhərdə 320 şagird yerlik Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib, yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolu açılıb.

İlham Əliyev həmçinin Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.

Prezident Şəki və Qəbələ rayonlarına da gedib.

Reportyorlar (84)

  • 29 İyul 2020
  • comments

“Coğrafiya” yanlışlığı

  • 29 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Bölgə
  • Səhiyyə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda