• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus cəbhəçinin gileyi

  • 28 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı Apellyasiya Məhkəməsi məhbus cəbhəçi Telman Seyfullayevi azadlığa buraxmaqdan imtina edib.

Novator.az bildirir ki, 1962-ci il təvəllüdlü Telman Seyfullayev milli azadlıq hərəkatının fəalı, AXCP üzvüdür. İyulun 23-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyulun 20-də tutulan cəbhəçi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir.

Telman Seyfullayev iki övlad atasıdır. Qızı ailəlidir, oğlu ABŞ-da yaşayır.

Azadliq.org-un məlumatına görə, iyulun 28-də Bakı Apellyasiya Məhkəməsi Telman Seyfullayevin həbsindən verilmiş şikayətə baxıb. Telman Seyfullayev prosesə Bakı İstintaq Təcridxanasından onlayn qaydada qatılıb. O, günahsız olduğunu vurğulayıb, şikayətlərini dilə gətirib, sovqat qəbul edilmədiyi üçün tutulandan bəri paltarını dəyişə bilmədiyini, ailəsi ilə telefonla danışmağa imkan verilmədiyini deyib.

Vəkil Bəxtiyar Hacıyev Telman Seyfullayevin istintaq dövründə azadlıqda qalmasını istəyib, qeyd edib ki, cəbhəçinin həyat yoldaşı xərçəng xəstəsidir, hərəkət qabiliyyəti məhdud olan qadının yeganə qulluq edəni Telman Seyfullayev olub. Ancaq məhkəmə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.

İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib, “Qarabağa azadlıq” tələbləri səslənib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.

İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.

Bunun ardınca həbslər başlayıb. Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarətinə verilib.

Fuad Qəhrəmanlıya həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

Bakıda aksiya

Aksiyaya müdaxilə

Aksiya ilə bağlı cinayət işi açılıb

Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz

İki cəbhəçi, üç maddə

Cəbhə: buraxılan və tutulanlar var

Aksiya məhbuslarının sayı artdı

Maddələr nə cəza göstərir?

Cəbhəçinin oğluna koronavirus işi açılıb

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

Fuad Qəhrəmanlı da həbs edildi

Məmməd İbrahim və daha iki cəbhəçi tutulub

Məmməd İbrahimə ittiham

Nurullayev AXCP adından əl çəkdi

  • 28 İyul 2020
  • comments

4 maddə, 4 aylıq həbs

  • 28 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda