İyulun 28-də prezident İlham Əliyev hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlərə fərman verib.
Fərmanda qeyd olunur ki, Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə kimi hasilat sənayesində şəffaflıq (HSŞ) və hesabatlılıq üzrə beynəlxalq səyləri dəstəkləyib, beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlılığın təmin edilməsi məqsədilə lazımi tədbirlər həyata keçirib və mütəmadi hesabatlar dərc edib.
Prezident HSŞ üzrə hesabatlılığın təmin edilməsini Dövlət Statistika Komitəsinə tapşırıb. Dövlət Statistika Komitəsi HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirməli; HSŞ üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etməlidir.
Yeni fərman “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 5 aprel 2017-ci il fərmanını qüvvədən salır.
Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MHŞT) üzvü olub. 2017-ci il martın 9-da MHŞT İdarə Heyətinin qərarı ilə Azərbaycanın qurumda üzvlüyü dayandırılıb, ölkə buna etiraz olaraq təşkilatı tərk edib. Prezidentin 5 aprel 2017-ci ildə imzaladığı fərmanla Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya yaradılmış, komissiyanın Katiblik funksiyası Dövlət Neft Fonduna həvalə edilmişdi.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü: Azərbaycanın fəaliyyəti dayandırıldı
Bakıdan rəsmi bəyanat: Azərbaycan MHŞT-dən çıxdı
Əli Kərimli: “Hökumət islah olunmayacağını bilir”
Hasilat sənayesi ilə bağlı yeni fərman imzalanıb