• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sudan səmərəli istifadə planı təsdiqlənib

  • 27 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

İyulun 27-də prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlərə sərəncam verib. Sənəd su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün tədbirlər planını rəsmiləşdirir.

Nazirlər Kabinetinə hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansını təsdiqləmək; sudan ödənişli istifadə qaydalarını iki ay müddətində təsdiqləmək və təsərrüfat subyektləri arasında sudan ödənişli istifadəyə dair uçotun həmin qaydalara uyğun təşkilini təmin etmək tapşırılıb.

Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiya tədbirlər planının icrası zamanı dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirməli; suvarma, içməli su təchizatı, energetika və sənaye sahələrində su ehtiyatlarından səmərəli və qənaətli istifadəni təmin etmək məqsədilə elmi müəssisələrlə (təşkilatlarla), mütəxəssislərlə, qeyri-hökumət təşkilatları ilə, beynəlxalq ekspertlər və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı təmin etməlidir.

Novator.az bildirir ki, bu il aprelin 15-də sərəncam imzalayan prezident İlham Əliyev ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə komissiya yaradıb. Baş nazirin müavini Şahin Mustafayevin sədrlik etdiyi komissiyaya ekologiya və təbii sərvətlər naziri, iqtisadiyyat naziri, kənd təsərrüfatı naziri, maliyyə naziri, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi daxildir.

Komissiyaya su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etmək; su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etmək tapşırılıb.

İyulun 23-də prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş video-müşavirə keçirilib.

Yaradılması nəzərdə tutulan su anbarları

Yenidən qurulması nəzərdə tutulan obyektlər

6781 nəfər xəstə var

  • 27 İyul 2020
  • comments

Ataqamın nanəli konfeti

  • 27 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Ekologiya
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda