• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məmməd İbrahim və daha iki cəbhəçi tutulub

  • 26 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahim iyulun 26-sı Bakıda tutulub. Novator.az-a verilən məlumata görə, o, Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə, oğlu Mehdi İbrahimovun yanına gedərkən saxlanaraq naməlum istiqamətdə aparılıb.

Həmin gün paytaxtda AXCP fəalları Elnur Yusubov və Sarvan Cumayevin də tutulduqları bildirilir.

Məmməd İbrahim 2015-2019-cu illərdə həbsdə olub. O, 2015-ci ilin sentyabrında tutulub, üç nəfəri döymək ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. 2019-cu il yanvarın 10-da Suraxanı Rayon Məhkəməsi Məmməd İbrahimi cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasında təqsirli bilərək 5 ay 22 gün müddətinə azadlıqdan məhrum edib. Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahimə verilmiş 5 ay 22 gün azadlıqdan məhrumetmə cəzasını azaldaraq faktiki həbsdə yatdığı müddətlə əvəzləyib və onu azadlığa buraxıb.

İyulun 14-15-i Bakıda keçirilən aksiyaya Məmməd İbrahimin oğlu Mehdi İbrahimov da qoşulub, tutularaq Xətai Rayon Polis İdarəsinin 37-ci şöbəsinə aparılıb. İyulun 21-də Xətai Rayon Polis İdarəsinə aparılan Mehdi İbrahimova iyulun 22-də Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddəyə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Mehdi İbrahimovun koronavirus xəstəsi ola-ola evdən çıxdığı iddia olunub. İyulun 22-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Şəhərdə yürüş edən aksiya iştirakçıları sonda Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.

İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Həmin gün açıqlama yayan Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.

Bunun ardınca həbslər başlayıb. Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev, Fuad Qəhrəmanlı zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarəti altına verilib.

Fuad Qəhrəmanlıya həmçinin hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər ittihamı irəli sürülüb.

Bakıda aksiya

Aksiyaya müdaxilə

Aksiya ilə bağlı cinayət işi açılıb

Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz

İki cəbhəçi, üç maddə

Cəbhə: buraxılan və tutulanlar var

Aksiya məhbuslarının sayı artdı

Maddələr nə cəza göstərir?

Cəbhəçinin oğluna koronavirus işi açılıb

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

Fuad Qəhrəmanlı da həbs edildi

 

Operativ qərargahdan

  • 26 İyul 2020
  • comments

Çempionlar Liqasına çıxanlar

  • 26 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda