Azərbaycanda daha 321 nəfər koronavirus infeksiyasına yoluxub, 8 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 25 iyul məlumatında belə deyilir.
Yoluxanların ümumi sayı 29633 nəfər göstərilir: onların 408-i dünyasını dəyişib, 7143-ü aktiv xəstədir.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyi 643 mindən çox adamın ölümünə səbəb olub.
Azərbaycanda ilk yoluxma fevralın 28-də qeydə alınıb. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 195 xəstə həyatını itirib.