• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

  • 24 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Məhbus cəbhəçi Telman Seyfullayevin oğlu Rəvan Seyfulla anasının ağır xəstəliyindən yazıb.

1962-ci il təvəllüdlü Telman Seyfullayev milli azadlıq hərəkatının fəalı, AXCP üzvüdür. İyulun 23-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. İyulun 20-də tutulan cəbhəçi 14-15 iyul aksiyasında baş verənlərdə təqsirli bilinir. İş Cinayət Məcəlləsinin 186.2.1-ci, 233-cü və 315-ci maddələri ilə aparılır.

Telman Seyfullayev iki övlad atasıdır. Qızı ailəlidir, oğlu Rəvan Seyfulla bir müddətdir ABŞ-da yaşayır. Novator.az-ın məlumatına görə, Rəvan Seyfulla özünün “Facebook” səhifəsində yazır ki, atası iyulun 14-də Bakıda Qarabağ şüarlı aksiyadan xəbər tutub dəstək olmaq üçün nümayişçilərə qoşulub: “Tanıyanlar bilir ki, Qarabağ, vətən mövzusu onun üçün nə deməkdir”.

Rəvan Seyfulla vəkilə istinadla atasının həbsi üçün heç bir dəlil olmadığını vurğulayır və qeyd edir ki, anası bir neçə ildir xərçəng xəstəliyi ilə mübarizə aparır: “Mən ABŞ-a gəldikdən sonra maddi dəstək olsam da, əsas məsuliyyət atamın üzərindədir. Həkimlər, dərmanlar, xaricdən alınan dərmanlar, evdə dəstək… İndi bizdəki vəziyyəti təsəvvür edin. Özünüzü mənim yerimə qoyun. Nə hisslər keçirərsiniz?

Əlimdən gələn hər şeyi edirəm, edəcəm də. Lazım olsa, bütün enerjimi bu işə sərf edəcəm. Sizin edə biləcəyiniz bu məsələni gündəmdə saxlamağa yardım etmək ola bilər”.

İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları və bir mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib, “Qarabağa azadlıq” tələbləri səslənib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında və Milli Məclisin binası qarşısında toplaşıblar.

İyulun 15-nə keçən gecə bir qrup şəxs Milli Məclisin binasına girəndən sonra polis aksiyanı dağıdıb.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin iyulun 15-də yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.

Bunun ardınca həbslər başlayıb. Barələrində həbs qətimkan tədbiri seçilən AXCP üzvləri Asif Yusifli, Seymur Əhmədov, Bəxtiyar İmanov, Ramid Nağıyev, İsmayıl Həsənov, Ayaz Məhərrəmli, Baba Süleyman, Ceyhun Novruzov, Məhəbbət Nağıyev, Telman Seyfullayev zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə; ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə; hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunurlar.

AXCP fəalı Elvin Məmmədov da həmin ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub, polisin nəzarəti altına verilib.

Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsinə əsasən, əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

233-cü maddəyə görə, ictimai qaydanı kobud surətdə pozan və ya hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan, yaxud nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətləri bir qrup şəxsin törətməsini təşkil etməyə və ya bu cür hərəkətlərdə fəal iştirak etməyə 5 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası düşür.

315-ci maddə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etməyə görə 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bakıda aksiya

Aksiyaya müdaxilə

Aksiya ilə bağlı cinayət işi açılıb

Cəbhəçilər tutulub. Əli Kərimlidən etiraz

İki cəbhəçi, üç maddə

Cəbhə: buraxılan və tutulanlar var

Aksiya məhbuslarının sayı artdı

Maddələr nə cəza göstərir?

Cəbhəçinin oğluna koronavirus işi açılıb

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

Telman Seyfullayevə cinayət işi, 3 aylıq həbs

Kitab dükanları niyə açılmır?

  • 24 İyul 2020
  • comments

“Neftçi” və “Sumqayıt”ın bəxtinə kimlər düşə bilər...

  • 24 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda