• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qızıl top” verilsəydi…

  • 23 İyul 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Fransanın “France Football” jurnalı 2019-2020 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirməməyə qərar verib: “Qızıl top” mükafatı bu il koronavirus pandemiyası üzündən təqdim olunmayacaq.

Mükafat FİFA üzvü olan hər ölkədən bir jurnalistin cəlb edildiyi sorğunun nəticələrinə əsaslanır. 1956-cı ildə yaradılan, 2010-2015-ci illərdə FİFA ilə birgə verilmiş “Qızıl top” tarixdə ilk dəfə sahibsiz qalır.

2000-ci ildən mükafatın münsiflər heyətində Azərbaycanı təmsil edən jurnalist Rasim Mövsümzadə Novator.az-a deyib ki, koronavirus futbola böyük üzüntülər yaşadır: “Qalibi dekabrda açıqlanan “Qızıl top”un yaşayacağına ümidim vardı. Amma mükafatın təsisçisi “Frans Futbol” nəşri başqa qərar verdi. Daha əvvəl FİFA bu il üçün “The Best” mükafatını ləğv etməyə məcbur qalmışdı. Avro-2020 və Amerika kuboku kimi futbol yarışlarının 2021-ci ilə təxirə salınması, dünyanın ən yaxşı futbolçusuna təqdim olunan mükafatların ləğvi – 2020-ci ildə futbolun bu qədər əziyyət çəkməsinə çox təəssüflənirik”.

Jurnalist “Qızıl top”un verilməməsindən ən çox zərər görən oyunçulardan söz açıb: “Son zamanlar “Qızıl top”da bəzi ənənələr formalaşıb. Məsələn, 2009-cu ildən bəri mükafatı yalnız İspaniya milli futbol çempionatının yüksək liqasında çıxış edən futbolçular qazanır. 2019-2020 mövsümündə İspaniya çempionu olan “Real”ın ən yaxşı oyunçuları kimi Serxio Ramos və Kərim Benzemanın adlarını çəkmək mümkündür.

İngiltərə premyer liqasında ilin oyunçusu seçilməyə əsas namizəd kimi göstərilən Kevin De Brüyneni (“Mançester Siti”) də qeyd etmək mümkündür.

33 və 35 yaşlarında yeni rekordlar müəyyənləşdirməyə davam edən Lionel Messi (“Barselona”) və Kriştiano Ronaldo (“Yuventus”) kimi futbolçuları da unutmamalıyıq…

Ancaq qeyd etdiyim oyunçularla müqayisədə son vaxtlar Robert Levandovski (“Bavariya”) “Qızıl top”un əsas favoriti hesab olunurdu. Koronavirus səbəbindən yaranmış fasiləyə baxmayaraq bütün mövsüm boyu əla formada olan polşalı mükafatı qazanmağa ən real namizəd sayılırdı.

“Qızıl top”un ənənələrindən bəhs edərkən deməliyəm ki, 2018-ci ildə Luka Modriçin qələbəsi istisna olmaqla 2007-ci ildən mükafat həmişə mövsüm ərzində UEFA Çempionlar Liqasında ən çox qol vuran oyunçuya qismət olub. İndi 11 qolla bombardirlər yarışına liderlik edən Levandovskinin komandası “Bavariya” da bu mövsüm Çempionlar Liqasının əsas favoritlərindən biridir.

Bundesliqada mövsümü 34 qolla bitirən Levandovski A seriyasında çıxışlarını davam etdirən Kriştiano Ronaldo (30 qol) və Çiro İmmobile (30 qol) ilə birlikdə Avropanın “Qızıl buts” mükafatına əsas namizəddir.

Hər halda avqustda 32 yaşını qeyd edəcək Levandovski “Qızıl top”un ilk polşalı qalibi olmaq istəyini gələn ilə təxirə salmaq məcburiyyətində qaldı.

“Qızıl top”un sahibi təqvim ilinin sonunda müəyyənləşir, jurnalistlər sorğunu noyabrın əvvəlində cavablandırırlar. Bu səbəbdən indi – iyul ayında 2020-ci ilin ən yaxşı oyunçuları haqqında danışmaq çətindir. Amma, məncə, belə bir ardıcıllıqla ilk üçlük maraqlı görünərdi: Robert Levandovski, Serxio Ramos və Kərim Benzema”.

Nəqliyyatsızlıq…

  • 23 İyul 2020
  • comments

Cinayət işləri, inzibati cəzalar, naməlumlar

  • 23 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda