• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan media azadlığı reytinqində (2002-2020)

  • 21 İyul 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Baş qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı 2002-ci ildən bəri media azadlığı reytinqi açıqlayır. Hazırda qiymətləndirmə jurnalistlərin fəaliyyəti üçün şərait, ifadə azadlığı imkanları, hüquqi müdafiə, media müxtəlifliyi və müstəqilliyi kimi meyarlara əsaslanır.

Novator.az bildirir ki, ilk reytinqin tərtib olunduğu 2002-ci ildə Azərbaycan media azadlığı sıralamasında 101-ci yerdə olub.

2003-cü ildə ölkə 113-cü yerə, 2004-cü ildə 136-cı yerə, 2005-ci ildə 141-ci yerə geriləyib.

2006-cı ilin reytinqində Azərbaycan 135-ci yerdə göstərilib.

2007-ci ildə ölkə 139-cu yerdə, 2008-ci ildə 150-ci yerdə, 2009-cu ildə 146-cı yerdə, 2010-cu ildə 152-ci yerdə, 2011-2012-ci illərdə 162-ci yerdə qərar tutub.

2013-cü ildə Azərbaycan “Sərhədsiz reportyorlar”ın media azadlığı reytinqində 156-cı yerdə olub.

2014-cü ilin reytinqində Azərbaycan 160-cı, 2015-ci ilin reytinqində 162-ci, 2016-cı ilin reytinqində 163-cü yerə düşüb.

2017-ci ildə Azərbaycan media azadlığı reytinqində bir pillə irəliləyərək 162-ci olub.

2018-ci ilin hesabatında Azərbaycan 163-cü pillədə, 2019-cu ilin hesabatında 166-cı pillədə yer alıb.

İyul ayında açıqlanan 2020-ci il hesabatında Azərbaycan 180 ölkəlik siyahıda 168-ci olub, media azadlığı sarıdan yaxın ölkələrdən yalnız İranı (173-cü yer) və Türkmənistanı (179-cu yer) qabaqlayıb.

Media azadlığı reytinqində Estoniya 14-cü, Latviya 22-ci, Litva 28-cidir.

“Sərhədsiz reportyorlar” media azadlığı baxımından Gürcüstanı 60-cı, Ermənistanı 61-ci yerə layiq görüb.

Qırğızıstan 82-ci, Moldova 91-ci, Ukrayna 96-cı, Rusiya 149-cu, Belarus 153-cü, Türkiyə 154-cü, Özbəkistan 156-cı, Qazaxıstan 157-ci, Tacikistan 161-ci yerdə qərar tutub.

“Sərhədsiz reportyorlar” təşkilatı 1985-ci ildə yaradılıb.

Dünya, Azərbaycan, yaxın ölkələr…

  • 21 İyul 2020
  • comments

Müdafiə Xətti: Rüfət Səfərov rəhbər seçilib

  • 21 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda