• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ali Məhkəmə məcburi müalicəni haqlı saydı

  • 21 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Ali Məhkəmə AXCP fəalı Aqil Hümmətovun şikayəti üzrə qərar çıxarıb.

Sosial şəbəkələrdə hakimiyyəti tənqid edən Aqil Hümmətov bu il martın 30-da tutularaq Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasına salınıb. Aprelin 1-də Sabunçu Rayon Məhkəməsi onun ruhi xəstə olmadığını əsas gətirərək sərbəst buraxılmasına qərar verib. Ancaq aprelin 2-də Aqil Hümmətov yenidən tutulub, aprelin 3-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin xəstəxanaya yerləşdirilib və iyulun 2-dək orada saxlanıb.

Fəal özü və partiyadaşları məhkəmənin məcburi müalicə barədə qərarını siyasi sifariş kimi qiymətləndirib.

Azadliq.org-un məlumatına görə, iyulun 21-də Ali Məhkəmə Aqil Hümmətovun Bakı Apellyasiya Məhkəməsinin 3 aprel qərarından şikayətini təmin etməyib. Aprel ayında təqdim olunmuş şikayətdə Aqil Hümmətov psixiatriya xəstəxanasına yerləşdirilməsinin Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş işgəncəyə, ləyaqəti alçaldan, qeyri-insani rəftara məruz qalmamaq; azadlıq və toxunulmazlıq; ədalətli məhkəmə araşdırması; şəxsi həyata hörmət və ayrı-seçkiliyə məruz qalmamaq hüquqlarının pozuntusu kimi tanınmasını istəmişdi.

Aqil Hümmətovun vəkili Nemət Kərimli “Azadlıq” radiosuna deyib iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib, icraat davam edir: “Ali Məhkəmənin qərarını da alıb Avropa Məhkəməsinə göndərəcəyik”.

Küçələrdən karton, tullantı yığmaqla ailəsini dolandıran Aqil Hümmətov sosial mediada yaydığı videolarda ölkədə sosial-iqtisadi durumun ağır olduğunu vurğulayaraq prezidenti və hökuməti tənqid etməsi ilə tanınıb.

Cəza təbabətinə etiraz

Pasiyent

Fransa saytı cəbhə fəalından yazıb

Aqil Hümmətov evə buraxılıb

Naxçıvanın sosial-iqtisadi göstəriciləri

  • 21 İyul 2020
  • comments

Ermənistanın pilotsuz uçuş aparatları məhv edilib

  • 21 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda