• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici İşlər Nazirliyi: kim nəyə cavabdehdir?

  • 20 İyul 2020
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Xarici işlər naziri Ceyhun Bayramovun 6 müavini var. Novator.az bildirir ki, onlardan biri – Azərbaycan Diplomatik Akademiyası Universitetinin rektoru Hafiz Paşayev 2019-cu ilin oktyabr ayında prezidentə ərizə ilə müraciət edərək müavinlikdən azad olunmasını istəyib. Ancaq istefa hələ qəbul olunmayıb.

Hafiz Paşayev 1941-ci ildə doğulub. Azərbaycanın ABŞ-da (eyni zamanda Meksika və Kanadada) fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildən xarici işlər nazirinin müavinidir, rektorluq etdiyi universitetə məsuldur.

Mahmud Məmməd-Quliyev müavin kimi nazirliyin İqtisadi Əməkdaşlıq; İnsan Hüquqları və Demokratiya; Humanitar və Sosial Məsələlər idarələrinə kuratorluq edir.

1949-cu ildə doğulan Mahmud Məmməd-Quliyev 1993-cü ildən xarici işlər nazirinin müavinidir. Bir müddət Azərbaycanın Böyük Britaniya, İrlandiya, İsveç, Norveç və Danimarkada səfiri də olub.

Xələf Xələfov Birinci Avropa; Şərqi Avropa və Mərkəzi Asiya; Beynəlxalq Hüquq və Müqavilələr idarələrinin işinə nəzarətçidir.

1959-cu il təvəllüdlü Xələf Xələfov 1991-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 2-ci katibi, 1992-ci ildən Müqavilə-Hüquq İdarəsinin rəisi, 1997-ci ildən 2018-ci ilədək xarici işlər nazirinin müavini olub. 2019-cu ildə yenidən müavin vəzifəsinə gətirilib.

Nadir Hüseynovun məsul olduğu idarələr bunlardır: Konsulluq İdarəsi; Linqvistik Təminat İdarəsi; Arxiv İdarəsi; Xüsusi Rabitə Təminatı idarəsi.

1960-cı ildə doğulan Nadir Hüseynov 1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Konsulluq İdarəsinin rəisi postlarını tutub. 2010-cu ildən xarici işlər nazirinin müavinidir.

Ramiz Həsənov İkinci Avropa; Amerika; Asiya; Yaxın Şərq və Afrika; İşlər idarələrinə, nazirliyin inspeksiyasına; YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyinə; Ümumi Katibliyə; xüsusi şöbəyə rəhbərlik edir.

1961-ci ildə doğulan Ramiz Həsənov 2004-2005-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri postunu tutub. 2018-ci ildən xarici işlər nazirinin müavinidir.

Araz Əzimov Təhlil və Strateji Araşdırmalar; Hərbi-Siyasi Məsələlər; Regional Təhlükəsizlik; Beynəlxalq Təhlükəsizlik idarələrinə məsuldur.

1962-ci ildə doğulan Araz Əzimov Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1-ci katib, müdir müavini olub, Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi postunu tutub. 1994-cü ildən xarici işlər nazirinin müavinidir.

Dövlət Protokolu; Kadrlar; Hüquqi Təminat; Mətbuat Xidməti; Maliyyə idarələri; Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi; Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, xüsusi tapşırıqlar üzrə səfirlər; nazirin katibliyi birbaşa nazirə tabedir.

1973-cü il təvəllüdlü Ceyhun Bayramov iqtisadiyyat və hüquq üzrə iki ali təhsil alıb. Vergilər Nazirliyində çalışıb, Təhsil Nazirliyi Aparatının rəhbəri, təhsil nazirinin müavini olub, 23 aprel 2018-ci ildən təhsil naziri postunu tutub. 2020-ci il iyulun 16-da xarici işlər naziri təyin edilib.

Yaxın ölkələrlə yarım illik ticarət

  • 20 İyul 2020
  • comments

6-cı böyük

  • 20 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda