• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vergi güzəştlərinin detalları

  • 20 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Şərh

Koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimi Vergi Məcəlləsində yeniliklərə gətirib. Məcəlləyə iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimini tənzimləyən fəsil əlavə olunub.

AZƏRTAC-a danışan maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov deyib ki, müvəqqəti imtiyaz və güzəştlər iqtisadiyyatın bu sahələrinə aiddir:

– avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

– yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

– turoperator və turagent fəaliyyəti;

– sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

– ictimai iaşə fəaliyyəti;

– sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

– idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

– hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;

– koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları istisna olmaqla).

Əlavə güzəştlər bunlardır:

– əmlak vergisi və torpaq vergisindən tam azadolma;

– fiziki şəxslərin əldə etdikləri mənfəətin (gəlirin) 75 faizinin gəlir vergisi və ya mənfəət vergisindən azad olması;

– ölkə daxilində avtomobil nəqliyyatı sahəsində və ictimai iaşə sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi dərəcəsinin 50 faiz azaldılması;

– Sadələşdirilmiş vergiödəyicisi hüququndan istifadə edən şəxslərə 2 faiz dərəcə ilə hesablanan sadələşdirilmiş verginin məbləğinin 50 faiz azaldılması,

– əhalinin sağlamlığını və qida məhsullarına olan ehtiyacını təmin etmək üçün müəyyən mal növlərinin əlavə dəyər vergisindən azad edilməsi;

– fiziki şəxslərdən icarəyə götürülmüş daşınmaz əmlak üçün ödəmə mənbəyində tutulan verginin 50 faiz azaldılması, 14 faizdən 7 faizə endirilməsi.

Sadalanan sahələrdə fəaliyyət göstərən vergiödəyiciləri cari vergi ödəmələri haqqında arayış təqdim etmək və həmin ödənişləri ödəmək məcburiyyətindən 2020-ci ilin sonuna kimi azad ediliblər. Onlara bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək vergi öhdəlikləri üzrə faizlər də hesablanmayacaq.

2020-ci ildə VÖEN alanların cari vergi ödəmələri barədə arayışı təqdim etməsi və hesablanmış cari vergini ödəmələri tələb olunmur.

Cari ilin nəticələri əsasında mənfəət vergisi (və ya gəlir vergisi) hesablanıb ödənəcək, sadəcə il ərzində bu verginin avans şəklində ödənməsinə möhlət verilib.

Sadələşdirilmiş vergiödəyicisi olan mikro sahibkarlıq subyektləri 2020-ci ilin birinci və ikinci rübü üçün sadələşdirilmiş vergi bəyannamələrini təqdim edə və onlarda hesablanmış vergi ödənişlərini sentyabrın 1-dək ödəyə bilərlər.

Qalan qadağalar

  • 20 İyul 2020
  • comments

Mədəniyyət Nazirliyi ilə bağlı yeni qərarlar

  • 20 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda