• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İki cəbhəçi, üç maddə

  • 18 İyul 2020
0
SHARES
FacebookTwitterPinterest

İyulun 18-də Nəsimi Rayon Məhkəməsi AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli və partiya fəalı Seymur Əhmədov barəsində həbs qətimkan tədbiri seçib. “Turan”ın məlumatına görə, iyulun 16-da tutulan cəbhəçilərin 14-15 iyul aksiyasında iştirak etdikləri bəyan olunub. Baş Prokurorluğun İstintaq İdarəsi onları Cinayət Məcəlləsinin 186.2.1 (Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilir.

İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun bir çox hərbi qulluqçusu, o cümlədən general-mayor Polad Həşimov, eləcə də bir mülki şəxs şəhid olub.

İyulun 14-ü axşamdan paytaxt Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları şəhərdə yürüş ediblər, sonra Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.

İyulun 15-nə keçən gecə, saat 4 radələrində polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsi bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başlayıb.

İyulun 15-də Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub ki, aksiyada bir qrup şəxs ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstərib, 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Milli Məclis Aparatı parlamentin birinci mərtəbəsində bir sıra dağıntılar törədildiyini, mülkiyyətə və inventara ziyan vurulduğunu bəyan edib.

Novator.az bildirir ki, Asif Yusifli Qarabağ müharibəsi əlilidir. O, 2014-cü il noyabrın 25-dən 2019-cu il noyabrın 25-dək həbsdə olub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluqda və sənədlərin saxtalaşdırılmasında təqsirli bilərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2016-cı ildə Ali Məhkəmə cəzanı 6 ilə, 2017-ci ildə 5 ilə endirib.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatı Asif Yusiflini siyasi məhbus sayıb.

Operativ qərargahdan

  • 18 İyul 2020

Batan banklara görə ödənişlər

  • 18 İyul 2020

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyaların qanunu

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
Xəbər

Turizm və Menecment Universitetinin statusu yeniləndi

comments
Xəbər

3194 aktiv xəstə var

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
Dünyanın səsiXəbər

Gürcüstana ən çox haralardan gəlirlər?

comments
Xəbər

Yarım ilin qəzası

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
Xəbər

Ünvanlı yardımın orta məbləği

comments
Xəbər

İxrac hesabatı

comments
Xəbər

Hasilat statistikası

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
Xəbər

Qərbi Azərbaycan İcmasının ünvanı

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
Xəbər

Azərbaycan nefti nə qədər ucuzlaşıb?

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
Xəbər

Koronavirus statistikası

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Xəbər

Minimal üstünlük

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetXəbər

Qarabağ yolunda durum necədir?

comments
AktualDünyanın səsiManşetXəbər

Gürcüstanın bahalıq hesabatı

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda