2020-ci ilin ilk yarısında Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azalıb. Novator.az bildirir ki, bu, son 25 ildə üçüncü azalmadır.
1995-ci ildə Azərbaycanda ÜDM əvvəlki ilə nisbətən 11,8 faiz geriləyib.
Sonrakı illərdə ümumi daxili məhsulun həcmi belə artıb: 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz, 1999-cü ildə 7,4 faiz, 2000-ci ildə 11,1 faiz, 2001-ci ildə 9,9 faiz, 2002-ci ildə 10,6 faiz.
2003-cü ildə 11,2 faiz, 2004-cü ildə 10,2 faiz, 2005-ci ildə 26,4 faiz, 2006-cı ildə 34,5 faiz, 2007-ci ildə 25 faiz, 2008-ci ildə 10,8 faiz, 2009-cu ildə 9,3 faiz, 2010-cu ildə 5 faiz artım rəsmiləşib.
2011-ci ildə ÜDM-in həcmi 0,1 faiz, 2012-ci ildə 2,2 faiz, 2013-cü ildə 5,8 faiz, 2014-cü ildə 2,8 faiz, 2015-ci ildə 1,1 faiz yüksəlib.
2016-cı ildə Azərbaycanda ÜDM istehsalı 2015-ci ilə nisbətən 3,1 faiz düşüb.
2017-ci ildə 0,2 faizlik, 2018-ci ildə 1,4 faizlik, 2019-cu ildə 2,2 faizlik artım olub.