İyulun 16-da sərəncam imzalayan prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən azad edib. O, 2004-cü il aprelin 2-dən nazir idi.
Novator.az bildirir ki, 1960-cı il təvəllüdlü Elmar Məmmədyarov əvvəllər Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri, Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində 1-ci katib, Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar İdarəsinin rəisi, Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri postlarını tutub, 2003-cü ildən 2004-cü il aprelin 2-dək Azərbaycanı İtaliyada fövqəladə və səlahiyyətli səfir kimi təmsil edib.
Dövlət başçısının başqa sərəncamı ilə Ceyhun Bayramov xarici işlər naziri təyin olunub. O, 23 aprel 2018-ci ildən təhsil naziri idi.
Novator.az bildirir ki, Ceyhun Bayramov 1973-cü ildə Bakıda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası ilə bitirib.
1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətinin hüquqşünası, 2002-2013-cü illərdə “OMNİ” hüquq şirkətinin direktoru olub.
2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb, 12 avqustdan təhsil nazirinin müavini postunu tutub.
Prezident nazirdən niyə narazıdır?