İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev iyulun 15-i səhər paytaxt Bakıdakı İkinci Fəxri xiyabanda torpağa tapşırılıblar.
Report.az xəbər verir ki, insan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə dövlət himni səsləndirilib və havaya yaylım atəşi açılıb.
Ermənistan qoşunlarının Azərbaycan mövqelərinə hücumu ilə başlayan həmin döyüşlərdə mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, mülki şəxs Əziz Əzizov da şəhid olublar.
Novator.az bildirir ki, Polad Həşimov Azərbaycan Ordusunun hərbi birliklərindən birində qərargah rəisi idi.
Əslən Qəbələnin Vəndam kəndindən olan Polad Həşimov 1975-ci ildə Sumqayıt şəhərində doğulub. İyulun 14-ü həm Qəbələdə, həm Sumqayıtda vida mərasimləri keçirilib.
Bakı Ali Hərbi Məktəbinin məzunu olan Polad Həşimov general-mayor hərbi rütbəsinə 2019-cu il iyunun 24-də layiq görülüb.
2009-cu il iyunun 25-də “Vətən uğrunda” medalı, 2014-cü il iyunun 24-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı il aprelin 19-da 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub
Düşmənin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi