“Möhtərəm prezident, cənab ali baş komandan! Son günlər Tovuz rayonu istiqamətində düşmənin növbəti uğursuz təxribat xarakterli hərəkətlərinə Sizin rəhbərliyiniz altında ordumuz layiqli cavab verib, düşmən qruplaşması darmadağın edilib. Belə bir zamanda mən və mənim kimi minlərlə istefada və ehtiyatda olan, böyük hərbi bilik və bacarıqlara malik zabit heyəti kənarda dura bilmərik. Biz hamımız Sizin əmrinizlə hər hansı tapşırığı yerinə yetirməyə hazırıq”.
Bu sözləri ehtiyatda olan general-mayor Altay Mehdiyev iyulun 14-də özünün “Facebook” səhifəsində yazıb.
General dövlət başçısına müraciətini belə bitirib: “Cənab ali baş komandan, biz bir nəfər kimi Sizin əmrinizi gözləyirik! Vətənimizin keşiyində duran bütün şəxsi heyətə uğur diləyirik!”
Novator.az xəbər verir ki, general-mayor Altay Mehdiyev Qarabağ müharibəsi iştirakçısıdır. Orduda müxtəlif yüksək vəzifələrdə çalışıb, Hərbi Hava Qüvvələrinin qərargah rəisi olub və bir müddət Hərbi Hava Qüvvələrinin komandanı-müdafiə nazirinin müavini vəzifəsini icra edib. O, son dövrlərdə ehtiyata buraxılıb.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub
Düşmənin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi
General ali baş komandana müraciət etdi: “İrəli!”
Şəhid general və polkovnik dəfn edilib
Düşmənə endirilən zərbələrin yeni videoları