Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutandan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində aktivləşib.
Müdafiə Nazirliyinin iyulun 15-i günorta yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən səhərədək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub. Bu zaman düşmənin komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.
Müdafiə Nazirliyi əməliyyat şəraitinin qoşunlarımızın tam nəzarətində olduğunu bəyan edir.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub
Düşmənin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi
General ali baş komandana müraciət etdi: “İrəli!”
Şəhid general və polkovnik dəfn edilib