• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhənin məhkumları

  • 15 İyul 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

2020-ci ilin mart-iyul aylarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının 19 üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəzası alıb. Novator.az bildirir ki, hazırda onların ikisi inzibati cəza çəkir: iyulun 4-də tutulan Qaçay Qafarova və iyulun 13-də tutulan Arif Paşayevə 30 sutka həbs cəzası verilib.

AXCP fəallarının yeni həbs dalğası martın 22-dən başlayıb.

Faiq Əmirli və Ruslan Əmirov iki dəfə cəza alıb, hər biri üst-üstə 45 sutka (əvvəl 30, sonra 15 sutka) yatıb.

Anar Məlikov, Faiq Rəşidov 10 sutka, Şəmsi Kəsəmənli 15 sutka, Vüqar Əbilov 20 sutka, Sərdar Qubadsoy 25 sutka, Nicat Abdullayev, Baba Süleyman, İslam İslamzadə, Əvəz Əhmədov, Arif Babayev, Elvin Məmmədov, Ramid Nağıyev, Əliağa Məmmədov (Əli İmanxanlı) və Elxan Əliyev 30 sutka həbsdə olublar.

Niyaməddin Əhmədova 30 sutka inzibati həbsdən sonra terrorçuluğu maliyyələşdirmə ittihamı irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Son vaxtlar daha 3 cəbhəçi cinayət məsuliyyətinə cəlb olunub.

Martın 24-ü Zamin Salayevə qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə cinayət işi açılıb. Aprelin 20-də o, başqa bir iş üzrə məhkum olunub, böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Aprelin 13-ü “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmliyə xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb. İyunun 19-da ona 1 il azadlığın məhdudlaşdırılması cəzası kəsilib.

Mayın 16-sı tutulan Səid Məmmədzadəyə (Bakuvi) bıçaqla xəsarət yetirmək ittihamı verilib, mayın 18-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Sosial şəbəkələrdə hakimiyyəti sərt tənqid etməsi ilə tanınan Aqil Hümmətov isə məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb olunaraq aprelin 2-dən iyulun 2-dək Bakının Maştağa qəsəbəsindəki 1 saylı Psixiatriya Xəstəxanasında saxlanıb.

Əvvəlki illərdə tutulmuş məhbus cəbhəçilər də var: Fuad Əhmədli, Elçin İsmayıllı, Ziya Əsədli, Orxan Baxışlı, Aqil Məhərrəmov, Babək Həsənov (məhkum ediliblər), Paşa Umudov.

1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevrilib. Qurumun ilk sədri Əbülfəz Elçibəy olub. 2000-ci ildən partiyaya Əli Kərimli rəhbərlik edir.

İyulun 15-də AXCP üzvü Elvin Bəhrəmovun 15 sutka inzibati həbs cəzası aldığı xəbər verilib. Masallı Rayon Məhkəməsinin 14 iyul qərarında həbs cəbhəçinin polisin qanuni tələbinə qəsdən tabe olmaması ilə əsaslandırılıb.

Aksiya ilə bağlı cinayət işi açılıb

  • 15 İyul 2020
  • comments

Ehtiyatlı olun, kiberhücum var (Rəsmi tövsiyələr)

  • 15 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

Son materiallar

comments
ManşetTribunaYazarlar

Gələcəkdə yazılmış kitab

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda