İyulun 14-ü axşamdan paytaxt Bakıda keçirilən kütləvi aksiya iyulun 15-nə keçən gecə, saat 4 radələrində polisin müdaxiləsi ilə dağıdılıb.
Aksiya iştirakçıları iyulun 14-ü axşam Heydər Əliyev prospekti boyunca yürüş ediblər, Azadlıq meydanından keçərək Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin binası qarşısında toplaşıblar.
“Qarabağ!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Ali baş komandan, silah ver bizə!”, “Ən böyük əsgər – bizim əsgər!”, “Azərbaycan əsgəri, vur, yıx səngəri!” şüarları səsləndirən aksiyaçıların əksəri gənclər olub. Onlar Azərbaycan torpaqlarını işğal altında saxlayan düşmənə güc tətbiq olunması tələbi qoyublar.
İyulun 15-nə keçən gecə polis aksiyaçıları Milli Məclisin qarşısından uzaqlaşdırıb, ərazini nəzarətə götürüb. Polisin müdaxiləsinin bir qrup aksiyaçı Milli Məclisin binasına girəndən sonra başladığı xəbər verilir. Xüsusi vasitələrdən də istifadə edilib.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedir. Azərbaycan Ordusunun hərbi qulluqçuları – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Xəyyam Daşdəmirov, Elçin Mustafazadə, mülki şəxs Əziz Əzizov şəhid olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi Ermənistanın işğalı altındadır.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub
Düşmənin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi