• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”

  • 14 İyul 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

İyulun 14-ü günorta saatlarında Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı növbəti məlumatını yayıb.

Məlumatda deyilir: “İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmancasına şəhid olub.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adları çəkilən hərbi qulluqçuları da şəhid olublar:

polkovnik Mirzəyev İlqar Anzor oğlu;

mayor Əhmədov Namiq Hajan oğlu;

mayor Novruzov Anar Gülverdi oğlu;

gizir Zeynallı İlqar Ayaz oğlu;

gizir Babayev Yaşar Vasif oğlu;

müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!

Döyüşlərdə yaralılar da var. Onlara dərhal tibbi müdaxilə edilib və həyatları üçün təhlükə yoxdur.

Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində onun yüzlərlə canlı qüvvəsi, müxtəlif təyinatlı hərbi texnikaları, döyüş vasitələri, komanda məntəqələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar məhv edilib.

Hazırda bu istiqamətdə vəziyyət gərgin olaraq qalır, ağır döyüşlər gedir.

Qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi də atəşə tutur.

Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir.

Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır”.

Tovuz rayonu istiqamətində döyüş

Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub

İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb

Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı

Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər

Şəhid zabit dəfn olunub

Müdafiə Nazirliyinin yeni açıqlaması

Düşmənin silahdaşı

Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?

Cəbhə xəttində

Vərəsələrə ödəmə statistikası

  • 14 İyul 2020
  • comments

Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arx...

  • 14 İyul 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda