İyulun 12-dən bəri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçulardan biri də general-mayor Polad Həşimovdur.
Novator.az bildirir ki, Polad Həşimov Azərbaycan Ordusunun hərbi birliklərindən birində qərargah rəisi idi.
Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Sumqayıt şəhərində doğulub.
Bakı Ali Hərbi Məktəbinin məzunudur.
2009-cu il iyunun 25-də prezident İlham Əliyev o vaxt polkovnik-leytenant rütbəsində olan Polad Həşimovu “Vətən uğrunda” medalı ilə təltif edib.
2014-cü il iyunun 24-də polkovnik-leytenant Polad Həşimov prezident sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni alıb.
2016-cı il aprelin 19-da dövlət başçısı polkovnik rütbəsində olan Polad Həşimovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltifinə sərəncam verib.
2019-cu il iyunun 24-də dövlət başçısının sərəncamı əsasında Polad Həşimov general-mayor hərbi rütbəsinə layiq görülüb.
Allah rəhmət eləsin!
Tovuz rayonu istiqamətində döyüşDüşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub