General-mayor Qabil Məmmədov özünün “Facebook” səhifəsində ölkə prezidenti, ali baş komandan İlham Əliyevə müraciət edib.
Novator.az-ın məlumatına görə, son günlər cəbhə xəttində baş vermiş qanlı toqquşmaları xatırladan, vətənin, xalqın namusunu, şərəfini qorumaq uğrunda dəyərli oğullarımızın canından keçdiyini vurğulayan general bildirib: “Bu gün ağlaşma günü yox, qeyrətə gəlmə, birlik günümüz olmalıdır. Çünki illər boyu arzuladığımız müqəddəs müharibə erməni həyasızlığına dözməyərək öz ayağı ilə qapımıza gəlib. Bu gün istər daxili, istərsə də xarici hərbi-siyasi və iqtisadi vəziyyət, hərbi potensial və müttəfiqlər balansı, Qarabağla bağlı beynəlxalq aləmdə formalaşmış fikir, rəy birbaşa bizim xeyrimizədir. Bizə qalan odur ki, bu fürsəti əldən verməyərək torpaqlarımızın işğaldan azad olunmasında qətiyyətli addımlar ataq, gələcək nəsillərimiz üçün qürur tarixi yazaq, ənənə yaradaq.
Cənab ali baş komandan! Xalqımız müharibəni qeyrətsizlikdən üstün tutduğundan bu missiyanın icrasında tam olaraq Sizin arxanızdadır. Siz tam əminliklə “İrəli!” əmrini verə bilərsiniz. Çünki biz xalq olaraq şərəfli ölümü namus ləkəsiylə yaşamağa cəhd etməkdən daha üstün tuturuq. Xalq nəinki əlinə silah, hətta daş götürməklə də düşmənlə ölüm-dirim savaşına girməyə hazırdır. Biz bir millət olaraq tarixi bir imtahan qarşısındayıq. Əcdadlarımızın qəbirləri, düşmən əsirliyində fəryad edən ana-bacılarımız, tapdaq altında inildəyən Qarabağımız səbirsizliklə şanlı Azərbaycan əsgərinin yolunu gözləyir, onun qeyrətinə ümid edir.
Düzdür, ölkənin ali rəhbərliyi və ordusu bütün zəruri olan addımları atır. Amma onu da qeyd edim ki, biz əsla ermənilərin bizə qarşı atacağı addımları və bunun nəticələrini gözləməməliyik. Bu bizim buraxacağımız ən böyük yanlışlıq olardı. Strateji, operativ və taktiki təşəbbüslə, qabaqlayıcı və gözlənilməzlik faktorlarından istifadə etməklə bizə sərfəli şərtləri düşmənə diktə etməliyik. Bircə qalır ki, ölkənin ali rəhbərliyi milli barışıq və birlik çağırışı əsasında dünya azərbaycanlılarını səfərbər etsin, bu işləri düşünülmüş şəkildə təşkil edərək öz üzərinə düşən tarixi missiyanı yerinə yetirsin.
Ya Qarabağ, ya ölüm! Allah Azərbaycanımızı qorusun!”
Qabil Məmmədov 1965-ci ildə Lənkəranda doğulub. Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, Kiyevdə Ali Ümumqoşun Komandanlıq Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib.
1995-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. Bərdə hərbi birləşməsinin komandanı, Müdafiə Nazirliyinin Hərbi-Elmi Mərkəzinin şöbə rəisi, Azərbaycanın Qazaxıstandakı səfirliyində hərbi attaşe olub.
2002-ci ilin yanvarında general-mayor rütbəsi alıb.
2009-cu ildə öz ərizəsi ilə ehtiyata buraxılıb.
“Azərbaycan Bayrağı” ordeni kavaleridir.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində döyüşlər gedir. Azərbaycan Ordusunun 11 hərbi qulluqçusu, o cümlədən hərbi birliklərdən birinin qərargah rəisi general-mayor Polad Həşimov və bir mülki şəxs həlak olub.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən), Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi Ermənistanın işğalı altındadır.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər
Müdafiə Nazirliyinin yeni açıqlaması
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
Müdafiə Nazirliyi: “Şiddətli döyüşlər gedir”
Artilleriya atəşi: 76 yaşlı Tovuz sakini süfrə arxasında həlak olub
Düşmənin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edilib
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi