Cəbhə xəttində vəziyyət gərgin olaraq qalır. Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib: “Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib”.
İyulun 12-si və 13-də Ermənistanla sərhədin Tovuz rayonu istiqamətində döyüşlərdə Azərbaycan Ordusunun çavuşu Vüqar Lətif oğlu Sadıqov, baş əsgəri Elşad Dönməz oğlu Məmmədov, əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov, baş leytenantı Rəşad Rəşid oğlu Mahmudov şəhid olub.
APA-nın 14 iyul məlumatına görə, jurnalistlərə açıqlama verən müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev deyib ki, iki sutka ərzində düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu hərbi texnikası və mühüm obyektləri məhv edilib. O qeyd edib ki, iyulun 14-ü səhər Azərbaycan Ordusundan general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev şəhid olublar.
APA Müdafiə Nazirliyinə istinadla döyüşlərdə Azərbaycan Ordusunun mayorları Namiq Əhmədov, Anar Novruzov, gizirləri İlqar Zeynallı, Yaşar Babayev və müddətdən artıq həqiqi xidmət keçən əsgəri Elçin Mustafazadənin şəhid olduqlarını da xəbər verir.
Tovuz rayonu istiqamətində döyüş
Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub
İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb
Təhlükəsizlik Şurasının iclası keçirilib
Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı
Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər