• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəhim Qazıyev tutulub

  • 13 İyul 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetXəbər

İyulun 13-də Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb. Qeyd olunur ki, iyulun 12-si və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin sosial şəbəkələrdə Ermənistan-Azərbaycan sərhədindəki döyüş əməliyyatları və hadisələrin mahiyyəti barədə məqsədyönlü şəkildə həqiqətə uyğun olmayan xəbərlər yaydığına, ölkənin müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər etdiyinə, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlara yol verdiyinə əsaslı şübhələr üzə çıxıb.

Məlumata görə, Rəhim Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanıb, Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətindəki Azərbaycan mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə edərək hücum cəhdi göstərib. Döyüşdə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu – çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Sonradan yaralı əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da həyatını itirib.

İyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib, Azərbaycan Ordusunun baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu həlak olub.

Novator.az bildirir ki, 1943-cü il təvəllüdlü Rəhim Qazıyev xalq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ilin yanvar qırğınından sonra həbs edilib. Həmin il həbsdən buraxıldıqdan sonra Azərbaycan parlamentinin üzvü seçilib.

1992-ci il martın 17-dən Azərbaycanın müdafiə naziri, mayın 18-dən eyni zamanda baş nazirin birinci müavini olub. 1993-cü fevralın 20-də bu vəzifələrdən çıxarılıb. Həmin ilin noyabrında həbs edilib, 1994-cü ilin sentyabrında həbsdən qaçırılıb, 1995-ci ildə qiyabi ölüm cəzasına məhkum edilib, 1996-cı ildə yenidən tutulub, 1998-ci ildə cəzası ömürlük həbsə, 2003-cü ildə 15 il həbsə dəyişdirilib. 2005-ci ildə əfv olunub.

Tovuz rayonu istiqamətində döyüş

Düşmənin dayaq məntəqəsinə zərbə endirilib. Bir zabitimiz şəhid olub

İyulun 12-də şəhid olan hərbçilər torpağa tapşırılıb

Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışı

Nazir deyib ki, münaqişəyə üçüncü ölkələri cəlb etmək istəyirlər

Şəhid zabit dəfn olunub

Kredit faizlərinə subsidiya qaydaları

  • 13 İyul 2020
  • comments

Operativ qərargahdan

  • 13 İyul 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda