Media azadlığı: Ermənistan 61-ci, Azərbaycan 168-ci yerdə
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Reytinq jurnalistlərin fəaliyyəti üçün şərait, ifadə azadlığı imkanları, hüquqi müdafiə, media müxtəlifliyi və müstəqilliyi kimi meyarlara əsaslanır.
Novator.az-ın məlumatına görə, Azərbaycan 180 ölkənin yer aldığı siyahıda 168-ci sırada göstərilir, media azadlığı sarıdan yaxın ölkələrdən yalnız İranı (173-cü yer) və Türkmənistanı (179-cu yer) qabaqlayır.
Media azadlığı reytinqinin ilk beş pilləsində Norveç, Finlandiya, Danimarka, İsveç və Niderland dayanır.
Estoniya 14-cü, Latviya 22-ci, Litva 28-cidir.
“Sərhədsiz reportyorlar” media azadlığı baxımından Gürcüstanı 60-cı, Ermənistanı 61-ci yerə layiq görüb.
Qırğızıstan 82-ci, Moldova 91-ci, Ukrayna 96-cı, Rusiya 149-cu, Belarus 153-cü, Türkiyə 154-cü, Özbəkistan 156-cı, Qazaxıstan 157-ci, Tacikistan 161-ci yerdə qərar tutub.
Reytinq cədvəlini Şimalı Koreya qapayır.