• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kredit faizlərinə subsidiya qaydaları

  • 13 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Nazirlər Kabineti koronavirusdan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanəti və kredit faizlərinin subsidiyalaşdırılması qaydasını, həmçinin onların mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydasını təsdiqləyib.

Novator.az bildirir ki, kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin ediləcək. Zəmanətin verilməsi 2021-ci il dekabrın 31-dək həyata keçirilir, Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu arasında bağlanan çərçivə zəmanət sazişi əsasında rəsmiləşdirilir.

Novator.az bildirir ki, koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanəti və kredit faizlərinin subsidiyalaşdırılması qaydasına görə, zəmanət zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənir.

Bu hallarda zəmanət verilmir:

– sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyilsə;

– kredit hesabatına əsasən sahibkarlıq subyektinin 10 mart 2020-ci ilə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda;

– sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;

– sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda;

– sahibkarlıq subyekti zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növü ilə məşğul olmadıqda;

– sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda;

– sahibkarlıq subyektinə münasibətdə vergiləri ödəməkdən yayınma ilə bağlı cinayət təqibi həyata keçirildikdə;

– sahibkarlıq subyekti Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;

– sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (və ya obyektinin) uçota alınmasının tələb edildiyi halda belə obyekt vergi orqanında uçota alınmadıqda;

– sahibkarlıq subyektinin müraciət tarixinə fəaliyyəti dayandırılmış olduqda və (və ya) o, ləğvetmə prosesində olduqda;

– sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydasına görə, faiz subsidiyası fəaliyyət növü 10 mart 2020-ci ilə zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə daxil olan sahibkarlıq subyektlərinin kredit təşkilatlarından həmin fəaliyyət növləri üzrə manatla aldıqları kreditlərə (o cümlədən restrukturizasiya edilmiş kreditlərə) verilir.

Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində olur.

Subsidiya sahibkarlıq subyektinə verilmiş kreditlər üzrə 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənmiş və ya ödənməmiş faizlər üzrə verilir. Kredit öhdəliyinin qalan müddəti 12 aydan az olarsa, faiz subsidiyası kredit öhdəliyinin icra müddətinin sonuna qədər verilir.

Subsidiya 10 mart 2020-ci ilə qalıq məbləği 5 milyon manat və ondan az olan kreditləri əhatə edir.

Qaydalar

Şəhid zabit dəfn olunub

  • 13 İyul 2020
  • comments

Rəhim Qazıyev tutulub

  • 13 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda