• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Cempionlar Liqasi

Çempionlar Liqasına kimlər çıxıb?

  • 13 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Novator.az UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünə vəsiqə alan komandaların yenilənmiş siyahısına nəzər salıb.

İlkin mərhələ (8-11 avqust) tək oyunluq yarımfinal və finaldan ibarətdir. Bu raunda Şimali İrlandiyadan “Linfild”, San Marinodan “Tre Fiori” bilet alıb.

Tək oyunlardan ibarət birinci mərhələyə (18-19 avqust) Kiprdən “Omoniya”, Serbiyadan “Srvena Zvezda”, Şotlandiyadan “Seltik”, Belarusdan “Dinamo” (Brest), İsveçdən “Yurqorden”, Norveçdən “Molde”, Qazaxıstandan “Astana”, Polşadan “Legiya”, Azərbaycandan “Qarabağ”, İsraildən “Makkabi” (Tel-Əviv), Bolqarıstandan “Ludoqorets”, Slovakiyadan “Slovan”, Macarıstandan “Ferensvaroş”, Şimali Makedoniyadan “Sileks”, Moldovadan “Şerif”, İrlandiyadan “Dandolk”, Finlandiyadan KuPS, İslandiyadan “Reykyavik”, Bosniyadan “Sarayevo”, Litvadan “Suduva”, Latviyadan “Riqa”, Lüksemburqdan “Fola”, Maltadan “Floriana”, Estoniyadan “Flora”, Gürcüstandan “Dinamo” (Tbilisi), Uelsdən “Konnah Kuey”, Monteneqrodan “Buduçnost”, Farer adalarından “Klaksvik”, Cəbəllütariqdən “Europa” buraxılıb.

“Qarabağ”a bu mərhələdə “Yurqorden”, “Buduçnost”, “Flora”, “Dinamo” (Brest), “Riqa”, “Konnah Kuey”, “Europa”, “Klaksvik”, “Reykyavik”, KuPS, “Sileks”, “Floriana” komandaları qismət ola bilər.

Tək oyunlardan ibarət ikinci mərhələdən (25-26 avqust) Niderlanddan “Alkmaar”, Avstriyadan “Rapid”, Çexiyadan “Viktoriya”, Xorvatiyadan “Dinamo”, Danimarkadan “Midtülland” başlayır.

Tək oyunlardan ibarət üçüncü mərhələyə (15-16 sentyabr) Fransadan “Renn”, Belçikadan “Gent”, Çexiyadan “Slaviya”, Yunanıstandan “Olimpiakos” giriş əldə edib.

Cüt oyunlardan ibarət dördüncü mərhələyə (22-29 sentyabr) Niderlanddan “Ayaks”, Avstriyadan “Zalsburq” ad yazdırıb.

İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, İngiltərədən “Liverpul”, İtaliyadan “Yuventus”, Almaniyadan “Bavariya”, “Borussiya” (Dortmund), “Leypsiq”, “Borussiya” (Mönhenqladbah), Fransadan PSJ, “Marsel”, Rusiyadan “Zenit”, Belçikadan “Brügge”, Ukraynadan “Şaxtyor”, Türkiyədən “Başakşəhər” turnirə qrup mərhələsindən (20 oktyabr-9 dekabr) qoşulacaq.

Portuqaliyadan “Portu”nun Çempionlar Liqasında düşməsi dəqiqləşib, ancaq komandanın turnirə hansı mərhələdən qoşulacağı bilinmir.

Prezident yenə prezident oldu

  • 13 İyul 2020
  • comments

Yoluxma və itki statistikası

  • 13 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Liqalar: 82+45+109

Son materiallar

comments
Xəbər

Liqalar: 82+45+109

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstanda orta maaş

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistan: turistlər nə qədər azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda