• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

290 minə yaxın şəxs, 55 milyon manata yaxın vəsait

  • 10 İyul 2020
  • comments
  • hikmet
  • Posted in Xəbər

Koronavirus pandemiyasına görə sərt karantin rejimi tətbiq olunan şəhər və rayonlar üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi başa çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına əsasən, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərləri və Abşeron rayonu üzrə ödəmələr bu həftənin ilk günlərində gerçəkləşib, iyulun 10-da isə Mingəçevir şəhəri, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Samux, Siyəzən və Şəki rayonları üzrə ödəmələrin köçürülməsi təmin olunub.

İşsiz və xüsusi karantin rejimində gəlirini itirən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı məqsədilə 55 milyon manata yaxın vəsaitin sərf edildiyi vurğulanır.

Novator.az bildirir ki, işsiz və xüsusi karantin rejimi üzündən işini itirən şəxslər aprel-may aylarında rəsmi yaşayış minimumu – 190 manat məbləğində birdəfəlik ödəmə alıb. Rəsmi hesabata görə, 600 min şəxs birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.

İyunun 21-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində məhdudiyyətlər tətbiq edilib, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, bərbərxanalar, gözəllik salonları qapadılıb.

İyulun 5-dən sərt karantin rejimi həmçinin Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarını əhatə edib.

İyulun 8-də Goranboy və Göygöl rayonları da sərt karantin zonası elan olunub.

190 manatlıq ödənişlər Nazirlər Kabinetinin 23 iyun və 8 iyul qərarları əsasında verilib, aprel-may aylarında həmin bölgələrdə birdəfəlik ödəməni almış şəxsləri əhatə edib.

Dövlət qurumlarından bu ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə düşmür:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

– əmək pensiyaçılarına;

– aylıq müavinət alanlara;

– aylıq təqaüd alanlara;

– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

– işsizlikdən sığorta ödənişi alanlara;

– peşə hazırlığına görə təqaüd alanlara;

– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya rəsmi aktiv əmək müqaviləsi bildirişi olanlara;

– əri və ya arvadı ünvanlı dövlət sosial yardımı və 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya alan şəxslərə.

Cəhənnəmdən keçmiş mələk (171)

  • 10 İyul 2020
  • comments

10 iyul qiymətləri

  • 10 İyul 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Bölgə
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda