• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tofiq Yaqublu məhkəməni səbirsizliklə gözləyir

  • 09 İyul 2020
0
SHARES
FacebookTwitterPinterest

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu martın 22-dən həbsdədir. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıqda təqsirli bilinir. Bu ittiham 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Rəsmi ittihama əsasən, Tofiq Yaqublu martın 22-də idarə etdiyi avtomobillə Bakının Nizami rayonunda qaydaları pozub, Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Tofiq Yaqublunun mübahisə zəminində Elxan Cəbrayılovu yumruqla və vintaçan alətlə zərbələr vurub xəsarətlər yetirdiyi, onun avtomobildə olan yoldaşı Cəvahir Cəbrayılovanı əli ilə itələyib xəsarət yetirdiyi bəyan olunub, martın 23-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İyunun 19-da həbs müddəti 2 ay uzadılıb.

Tofiq Yaqubluya qarşı başlanmış cinayət işinin istintaqı iyulun əvvəlində tamamlanıb. İstintaqı Bakının Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev aparıb. Rüstəm Əliyev istintaqın yekunlaşdığı haqda qərarı elan edəndən sonra Tofiq Yaqublu və vəkili Nemət Kərimli cinayət işinin materialları ilə tanış olmağa başlayıblar.

İyulun 9-da məhbus siyasətçinin qızı Nigar Həzi özünün “Facebook” səhifəsində yazıb ki, Tofiq Yaqublu və Nemət Kərimli materiallarla tanışlığı başa çatdırıblar.

Saxlandığı 3 saylı İstintaq Təcridxanasından qızına zəng edən Tofiq Yaqublu deyib ki, materiallara əlavələr edilib. Tofiq Yaqublu Nigarla telefon söhbətində istehza ilə bildirib ki, cinayət işi əlavə şahid ifadələri və guya onun vurduğu xəsarətlərlərə dair yeni məlumatlarla “zənginləşdirilib”. Bütün şahid ifadələrini, xəsarətlərə dair iddiaları, bütövlükdə ona sürülən ittihamları uydurma sayan Tofiq Yaqublu özünü saxta ittihamlarla həbslərə məruz qalmaq üzrə “rekordçu” kimi duyduğunu da vurğulayıb. Eyni zamanda o qeyd edib ki, hələ indiki kimi absurd, haqsız suçlama ilə qarşılaşmamışdı. Saxta ittihamlar və yalançı şahidlərlə üzləşməkdə çox geniş təcrübəsi olduğunu deyən Tofiq Yaqublu səbirsizliklə məhkəməni gözlədiyini, böhtanların ifşasına hazır olduğunu bəyan edib.

1961-ci il təvəllüdlü Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalı, Qarabağ müharibəsi veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.

Tofiq Yaqublu 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 5 il azadlıqdan məhrumetmə cəzası alıb, 2016-cı il martın 17-də əfv sərəncamı əsasında azadlığa çıxıb.

Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə həbsdə olub. Nigar jurnalist, AXCP sədrinin müavini Seymur Həzinin həyat yoldaşıdır. Onlar 2016-cı ilin avqustunda, Seymur həbsdə olarkən ailə qurublar. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il avqustun 29-da həbs cəzasını başa vuraraq azadlığa buraxılıb.

Tofiq Yaqublunun digər qızı Nərgiz Yaqublu da müsavatçı olub. O, 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.

2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Qurumun rəhbərliyində AXCP sədri Əli Kərimli də təmsil olunur.

Tofiq Yaqublu yenə həbsə gedir

İttiham və həbs rəsmiləşdi

Rəsmi məlumat

Tofiq Yaqublunun məhkəməsi qapalı keçiriləcək

Proses təxirə düşdü

Tofiq Yaqublu həbsdə qaldı

Ev dustaqlığına da yox deyildi

Tofiq Yaqublu nədən narazıdır?

Məhkəmənin Tofiq qərarı dəyişməz qaldı

İstintaq ləngiyir

Həbs müddəti uzanır

Məhkəmə qərar verdi

Həbsin uzadılması: şikayət təmin olunmadı

İstintaq bitdi

Orta maaş nə qədərdir?

  • 09 İyul 2020

Atamın vəsiyyəti

  • 09 İyul 2020

Son materiallar

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

Rəylər

Do not miss

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

Son materiallar

comments
Xəbər

Xərcin 51,5 faizi ərzağa gedir

comments
Xəbər

Sərmayə və sənaye göstəriciləri

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Xəbər

Balakişi Qasımov ikinci müddətə doğru

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
Xəbər

Ticarət və daşınma hesabatları

comments
Xəbər

Qəza statistikası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
Xəbər

Finiş havası

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
VideoXəbər

Bakıda aksiya

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Xəbər

Hasilatın ayı, ayları, illəri

comments
Xəbər

Maaş və qiymət artımı

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
Xəbər

Ümumi təhsil qanunu son səsverməni geridə qoydu

comments
Xəbər

Pensiya qanunu necə dəyişir?

comments
Xəbər

Şuşa qanununda yeniliklər son oxunuşdan keçdi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda